“Şuşa İli”ndə Şuşa Bəyannaməsinin təsdiq edilməsi...
03.02.2022 [10:06]
Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığın zirvəsidir
Nurlan
Azərbaycan Respublikasının Milli Məclisi Şuşa Bəyannaməsini təsdiqlədi. Bu gün isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) komissiyasının iclasında Şuşa Bəyannaməsi müzakirə olunacaq. Bundan sonra sənədin TBMM-nin plenar iclasında müzakirəsi planlaşdırılır. Ekspertlər qeyd edirlər ki, Şuşa Bəyannaməsinin təsdiq edilməsi hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə töhfə olacaq.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın iki ölkə tapmaq mümkün deyil: “Bizim münasibətlərimiz nümunəvi xarakter daşıyır, dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanır. Eyni zamanda, müttəfiqlik münasibətlərinin inkişafı daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm addımlar atılır. Ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa Bəyannaməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bəyannamədə Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ilə əlaqədar vacib məqamlar yer alıb. Xüsusilə də, sənəddə hərbi-siyasi təhlükəsizlik, suverenliyin və ərazi bütövlüyünün qorunması məsələlərinin əks olunması böyük önəm daşıyır. Ümumiyyətlə, postmüharibə dövründə imzalanmış Şuşa Bəyannaməsi yeni geostrateji reallıqları təsdiqləyən sənəddir. Bu, onu göstərir ki, Azərbaycan və Türkiyə yeni mərhələdə də birlikdə hərəkət edərək zəruri təşəbbüslər irəli sürəcək, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərini diqqətdə saxlayacaq”.
Millət vəkili söyləyib ki, Azərbaycan və Türkiyə parlamentləri tərəfindən Şuşa Bəyannaməsinin təsdiq edilməsini həm iki ölkə arasındakı münasibətlərdə, həm də regional təhlükəsizlik müstəvisində yeni mərhələnin başlanğıcı kimi səciyyələndirmək olar.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə bildirib ki, ötən il imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsidir: “Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni, humanitar və hərbi-strateji münasibətlər ən yüksək zirvədədir. Tərəflər, eyni zamanda, beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edirlər, prinsipial dəstək nümayiş etdirirlər. Xüsusilə də, suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Şuşa Bəyannaməsində də bütün bu məqamlar öz əksini tapıb”.
Millət vəkili vurğulayıb ki, Şuşa Bəyannaməsi tərəflərin siyasi iradəsini əks etdirməklə yanaşı, regional təhlükəsizlik amili kimi də müstəsna əhəmiyyətə malikdir: “Bəyannamədə vurğulanıb ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu, olduqca vacib məqam və prinsipial məsələdir. Azərbaycan və Türkiyə arasında bu zamana qədər hərbi-texniki və strateji əməkdaşlıq əlaqələrinin inkişafı diqqət mərkəzində olub. Şuşa Bəyannaməsinin imzalanması isə artıq hərbi-siyasi təhlükəsizliyin təmin olunması və başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırır”.
“Azərbaycan Respublikasının Milli Məclisi Şuşa Bəyannaməsini təsdiqlədi. Eyni addımın Türkiyə Böyük Millət Məclisi tərəfindən atılması da gözlənilir. “Şuşa İli”ndə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməsi ortaq təhlükəsizliyimizin təmin olunması və ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır. Bəyannamədən irəli gələn strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə müstəsna töhfə verəcək”, - deyə S.Fətəliyeva əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

