Postmüharibə jurnalistləri
27.01.2022 [13:31]
Müşfiqə BAYRAMLI
Jurnalistlər üçün təşkil edilmiş 3 günlük təlim başa çatdı
Yanvarın 24-26-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda üç günlük təlim başa çatıb. Təlimin sonuncu günündə Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə presstur təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Anar Eyvazov bildirib ki, müasir texniki avadanlıqlarla təchiz edilmiş müəssisələr bütün növ çap materiallarının nəşr edilməsi, hərbi-tədris və sənədli filmlərin çəkilişi, həmçinin foto və video materialların hazırlanması imkanına malikdir.
Vurğulanıb ki, yarandığı ilk günlərdən şərəfli bir yol keçərək, müharibənin ən qaynar nöqtələrindən canlı döyüş səhnələrinin efirə verilməsində, münaqişə zonalarından telereportajların hazırlanmasında Sənədli və Tədris Filmləri Mərkəzinin böyük rolu olub.
Qələbə kadrlarını çəkən gizli qəhrəmanlar…
44 günlük Vətən müharibəsi dövründə həyəcanla izlədiyimiz döyüş kadrları da Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzində ərsəyə gətirilib. Vətən müharibəsində mərkəzin şəxsi heyəti döyüş tapşırıqlarını yüksək səviyyədə həyata keçirərək 44 gün müddətində döyüş gedən ərazilərdən hazırladıqları video və foto materiallarla ordumuzun qələbə xəbərlərinin ictimaiyyətə çatdırılmasında fəal iştirak ediblər.
Müharibəni addım-addım lentə alan, igid hərbçilərimizi tarixə həkk edən Mərkəzin fotomüxbirləri, operatorları torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü naminə döyüş meydanında verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Qürurla deyə bilərik ki, onlar müharibənin ilk günündən, gecə-gündüz demədən ermənilərin atdığı kasetli bombaların altında əsgərlərimizlə çiyin-çiyinə öz vəzifə borclarını yerinə yetiriblər.
Bu gün isə işğaldan azad olunan torpaqlarımızdan hazırladıqları video materialların nümayişi ilə xalqımız uzun illər həsrətlə gözlədiyi o yerləri ekranlardan görür.
Daha sonra Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub.
Ənənəvi olaraq tədbir zamanı Azərbaycanın dövlət himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə qonaqları salamlayaraq bildirib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı.
Tədbirdə şəhid jurnalist Məhərrəm İbrahimovun həyat yoldaşı və övladı da iştirak ediblər. Balaca Uğur tədbir zamanı şəhid atasına həsr etdiyi şeirini səsləndirib.
Vətən Müharibəsində şəhid olmuş 50-yə yaxın hərbçinin şəxsi əşyaları, geyimləri burada qorunub saxlanılır
Öz növbəsində, muzeyin əməkdaşları jurnalistlərə burada saxlanılan eksponatlar haqqında məlumat veriblər. Bildirilib ki, Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. Muzeydə qədim, erkən, orta əsrlər dövrü, ibtidai icma quruluşunun bütün mərhələlərini əhatə edən, Manna-Midiya, Atropatena, Albaniya dövlətləri haqqında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları barədə geniş məlumat verilir. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları - gerbi, bayrağı, himni ayrıca stenddə təqdim olunur. Stendlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların planları, döyüş xəritələri və s. nümayiş etdirilir.
Jurnalistlər həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü, ona məxsus silah qabı, xəritə çantası, müharibə dövründə idarə etdiyi 17 nömrəli tankın maketi ilə tanış olublar.
Mediaturda Vətən Müharibəsində şəhid olmuş 50-yə yaxın hərbçinin şəxsi əşyaları, geyimləri və s. nümayiş olunub. Polkovnik Əzizağa Qənizadə bildirib ki, gələcəkdə muzeyin daha da genişləndirilməsi nəzərdə tutulub.
Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36

