/ / Prezident İlham Əliyevin son sosial paket çərçivəsində imzaladığı sərəncamlar 1 milyon insanı əhatə edir
Prezident İlham Əliyevin son sosial paket çərçivəsində imzaladığı sərəncamlar 1 milyon insanı əhatə edir
18.12.2021 [14:47]
Prezident İlham Əliyevin imzaladığı sərəncamlar ilə Azərbaycanda sosial islahatların yeni mərhələsinə başlanılıb. Dövlət başçısının verdiyi qərarlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edəcək. İmzalanmış yeni sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır ki, bununla da 800 min işçinin maaşının artırılması deməkdir. Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırılır. Bütövlükdə, Prezident İlham Əliyevin son sosial paket çərçivəsində imzaladığı sərəncamları 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, son artım nəzərə alınmaqla minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əməkhaqqının 37 faiz artması ölkəmizdə son 4 ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqamətinin əməkhaqları ilə bağlı olduğunu sübut edir: “Prezident İlham Əliyevin Sərəncamı ilə artırılan minimum əməkhaqqının artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Heç şübhəsiz ki, bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Son üç ildə mühüm irəiləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 130 manatdan 300 manata çatdırılıb. Gələn il üçün isə minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu da 43 faiz üstələyəcək. Ümumiyyətlə, minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdıracaq. Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Təhsil müəssisələrində çalışanların isə sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub”.
Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin bu ilin oktyabr ayının 16-da imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə ölkəmizdə sosial islahatların yeni mərhələsi başlanılıb və bu mərhələ 2,1 milyondan çox şəxsi əhatə edəcək, illik əlavə 1,5 milyard manat vəsait xərclənəcək: “Prezident İlham Əliyevin sosial sahəyə dair imzaladığı sərəncamlar, fərmanlar vətəndaşların sosial rifahının perspektivdə də daha etibarlı şəkildə qorunmasını təmin edəcək. Əmək haqlarında növbəti artımların edilməsini nəzərdə tutan sərəncamlar vətəndaş rifahının təmin edilməsinin, sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətlərdən biri olduğunu növbəti dəfə təsdiqləyir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42

