/ / Əliyar Şirməmmədovun VİP sıralarından uzaqlaşması bu uğursuz siyasi təşkilatda diktatura rejiminin hökm sürdüyündən xəbər verir
Əliyar Şirməmmədovun VİP sıralarından uzaqlaşması bu uğursuz siyasi təşkilatda diktatura rejiminin hökm sürdüyündən xəbər verir
19.11.2021 [18:20]
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Əliyar Şirməmmədov VİP sədri Əli Əliyevlə siyasi baxışlarının düzgün gəlməməsi səbəbilə Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasından və partiya üzvlüyündən istefa verib. O, istefa səbəbini partiya rəhbəri ilə əlaqələndirib və bildirib ki, hələ üç ay bundan öncə istefa ilə bağlı şifahi müraciət edib. Əliyar Şirməmmədov açıqlamasında bildirib ki, Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir və buna görə də partiyanın idarəçiliyində onların sözü düzgün gəlməyib. Partiya sədri Əli Əliyevə yaxınlığı ilə seçilən və partiyanın ən aktiv fəallarından sayılan Əliyar Şirməmmədovun partiya sıralarından uzaqlaşması bu uğursuz siyasi təşkilatda işlərin yaxşı getməməsindən, Əli Əliyev və yaxın ətrafının yaratdığı diktatura rejiminin hökm sürdüyündən xəbər verir. Son günlər partiyanın daxilində cərəyan edən hadisələr adıçəkilən təşkilatın heç də normal idarəçilik funksiyasında olmadığını bir daha sübut edir. Partiyada ara qarışıb və yaşanan gərginlik VİP-nı partiya olaraq sıradan çıxarmaq ərəfəsindədir. Çünki, son zamanlar partiyanın daxilində yeni və ciddi narazılıq baş qaldırıb. Partiyanı şəxsi şirkəti kimi idarə edən Əli Əliyev partiya daxilində anormal mühit formalaşdırıb ki, onun yaratdığı diktatura rejimi indi bumeranq effekti verir. Vətəndaş və İnkişaf Partiyası (VİP) həm radikal mövqeyinə, həm də partiyanın sədri Əli Əliyevin diktator fəaliyyətinə görə Azərbaycan cəmiyyətində zərrə qədər də hörmət qazana bilməyib. O ki qaldı partiya ilə bağlı ən son istefa xəbərinə, proseslərin gedişi VİP-da narazılığın daha da artacağını və yeni istefalar olacağını deməyə əsas verir. Bu isə onu göstərir ki, bundan sonra partiyanın aqibəti kifayət qədər qaranlıq görünür. Beləliklə, istər istefa xəbərləri, istərsə də partiyada bu cür neqativ hadisələrin ört-basdır edilməsinə olan cəhdlər VİP-nin əsl simasını bir daha cəmiyyətə nümayiş etdirmiş oldu.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

