Azadlığın beşinci baharı: Ağdamın dirçəliş salnaməsi
20.11.2025 [11:19]
Ağdamın işğaldan azad edilməsindən düz beş il ötür. Ötən beş il tarixin sonsuz axarında göz qırpımı qədər qısa, fəqət bu torpağın övladları üçün bütöv bir ömrün ən vacib, ən dolğun fəsli qədər mənalıdır.
Hələ Ağdamda yaşamasam da, Xankəndi şəhərində Qarabağ Universitetində fəaliyyət göstərərək nəhəng tarixi proseslərin birbaşa şahidi olmaqdan qürur duyuram. Ancaq qürurumun ən böyük mənbəyi xəyallar şəhərindən reallıqlar şəhərinə dönən Ağdamdır.
Ağdamın hər gün yenidən doğulduğunu görmək, deyərdim ki, bizim üçün yaşaya biləcəyimiz ən böyük xoşbəxtlikdir. Neçə illər əvvəl bu torpaqlara ayaq basanlar yalnız ürəkdağlayan xarabalıqları görürdü. Ancaq bu gün bütün dünya Qarabağ torpaqlarındakı canlanmanın adi bir tikinti prosesindən ziyadə, əsl möcüzə olduğunu anlayır. Əvvəllər ruhu çəkilmiş, viranəlik olan yerlərdə indi geniş küçələr salınır, təhsil ocaqları tikilir, gur işıqlar yanır. Ən əsası, həyat öz kökünü dərindən hiss edərək geri qayıdır. Bu gün Ağdam yenidən nəfəsi, qanı, döyünən ürəyi olan canlı bir şəhərə çevrilməkdədir.
Gələcəyin Ağdamı
Bu möhtəşəm dirçəliş prosesinin təməlində ölkə Prezidentinin "Ağdam Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək" vədi dayanır. Bu fikir təkcə bərpa işlərinin miqyasını deyil, həm də dövlətin bu bölgəyə verdiyi strateji əhəmiyyəti ifadə edir. Prezidentin bu iddialı vizyonu Ağdamın sadəcə bərpasını deyil, eyni zamanda müasir, ağıllı və yaşayış keyfiyyəti yüksək olan bir regional mərkəzə çevrilməsini hədəfləyir. Bu, dağıdılmış bir şəhərin "sıfırdan" başlanaraq gələcəyin çağırışlarına cavab verəcək şəkildə qurulması deməkdir. Bütün proseslərin nəticəsi Ağdamı gələcək nəsillər üçün yalnız bir qələbə simvolu deyil, həm də inkişaf və tərəqqi nümunəsi edəcək.
Qayıdış yolu
Bərpa salnaməsinin ən vacib səhifələrindən biri də Bakı-Ağdam dəmir yolu xəttinin istifadəyə verilməsi xəbəridir (30 avqust 2025-ci il). Bizi Ağdama aparan dəmiryol xəttləri sadəcə iki coğrafi nöqtəni birləşdirən metal izlər deyil, həm də, illərlə ayrı düşmüş xatirələri, yurd həsrətini və gələcəyə olan inamı birləşdirən bir damardır. Vaqonların Ağdama doğru irəliləyən səsi, illərin sükutunu yaran, qəlblərə ümid daşıyan bir nəğmədir. Hər bir fit səsi əslində “Qayıdırıq!” deyə car çəkən, Qarabağın nəbzini Azərbaycanın mərkəzi ilə döyündürən tarixi bir hadisədir. Dəmir yolu xətti bərpa və dirçəlişin iqtisadi simvolu olaraq gələcəyin işıqlı Ağdamına atılan inamlı addımın ən möhtəşəm nümunəsidir.
Ağdamın səsi
Bu günlərdə təqvimimiz Ağdamın dahi sənətkarının, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Qədir Rüstəmovun doğum gününə (20 noyabr 1935-ci il) təsadüf edir. Qarabağın əzəl musiqi beşiyində göz açan bu sənətkarın səsi, sanki viran olmuş diyarın sinəsindən qopub gələn bir nalə idi. Qədir Rüstəmovun məlahətli avazı Ağdamın xarabalıqları üzərində uçan bir ruh idi. İndi Ağdam yenidən doğulur, yenidən nəfəs alır. Bu gün onun ifa etdiyi muğamlar Ağdam səmasında yenidən səslənir, ancaq bu dəfə abad küçələr boyu tikilmiş binalar, evlər üzərində...
Dirçəlişin gizli qəhrəmanları
Bəs bu dirçəlişin gizli qəhrəmanları kimdir? Onlar Ağdamı yenidən quran tikinti işçiləridir. O işçilər ki, səhərin ilk şəfəqi ilə Ağdama gəlir, torpağın tozuna qarışan əlləri, alın təri ilə bu şəhəri sanki yenidən yoğurub, qururlar. Üst-üstə qoyulan hər kərpicdə, salınan yolların hər santimetrində onların zəhməti, Vətənə sevgisi və böyük qüruru var. Hər dəfə onları iş başında gördükcə düşünürəm ki, onlar əslində, Ağdamın infrastrukturunu yox, itirilmiş illərini, məhv olmuş xatirələrini bərpa edirlər.
Xoşbəxtik. Ona görə ki, bu gün - azadlığının 5-ci ilində Ağdam təkcə coğrafi olaraq geri qayıtmış bir şəhər kimi xatırlanmır. O həm də işğala qarşı mübarizənin, xalqımızın əzminin və sonsuz ümidinin rəmzidir. Bu torpağa əbədi qayıdan sakinlər isə öz addımları ilə gələcəyin Ağdamını yaradırlar.
Biz Ağdamın zahirini inşa etdikcə Ağdam da bizim ruhumuzu bərpa edir!
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43

