Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
15.04.2025 [21:06]
2025-ci il aprel ayının 15-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.
Əvvəlcə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iclasın gündəliyində duran məsələ - “2026–2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsi barədə Şura üzvlərinə məlumat verib. Bildirib ki, rəsmi statistika məlumatlarının beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə onun rəhbərliyi ilə başlanmış və sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın da inkişafına güclü təkan vermiş, statistika sisteminin hüquqi bazası yaradılmış, bu sahədə ardıcıl olaraq icra edilmiş 6 dövlət proqramı çərçivəsində milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətlərində mühüm tədbirlər görülmüşdür. T.Budaqov vurğulayıb ki, qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, qəbul edilmiş müxtəlif dövlət proqramları və strategiyalar üzrə qarşıya qoyulmuş hədəflərə, habelə dayanıqlı inkişaf məqsədlərinə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi, artan istifadəçi tələbatının qarşılanması, eləcə də beynəlxalq müqayisəliliyin təmin olunması üçün tətbiq olunan statistik metodologiya, təsnifat və digər standartlarda baş verən dəyişiklik və təkmilləşmələr rəsmi statistikanın inkişafı ilə bağlı yeni strateji hədəflərin müəyyənləşdirilməsini və reallaşdırılmasını şərtləndirir. Bu məqsədlə hazırlanmış “2026–2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsinə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması, əldə edilən statistik məlumatların yayımı, ümumilikdə rəsmi statistika qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə statistik istehsalın hüquqi və informasiya təminatının, beynəlxalq əməkdaşlığın, statistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, habelə milli statistika sisteminin növbəti çoxillik dövr üzrə strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi məsələləri daxil edilib.
Daha sonra Komitə sədrinin müavini Yusif Yusifov Statistika Şurasının üzvlərinə Dövlət Proqramının strukturu, hədəf göstəriciləri və prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihəyə ümumilikdə 42, o cümlədən sosial, iqtisadi və çoxsahəli statistika sahəsində müşahidələrin təşkili və onlara dair metodologiyaların təkmilləşdirilməsi üzrə 24, rəsmi statistika istehsalının hüquqi və informasiya təminatı üzrə 4, beynəlxalq əməkdaşlıq üzrə 3, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi üzrə 8, milli statistika sisteminin strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi üzrə 3 tədbir daxil edilib.
Sonra Statistika Şurasının üzvləri əvvəlcədən onlara təqdim edilmiş Dövlət Proqramı layihəsi ilə bağlı öz müsbət fikirlərini bildirmiş, sənədin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, beynəlxalq trendlər nəzərə alınmaqla növbəti dövr üçün milli statistika sistemi qarşısında duran vəzifələri əhatə etdiyini qeyd edərək onun aidiyyəti üzrə təqdim olunmasını məqsədəuyğun hesab etmişlər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

