“Azərbaycan Dəmir Yolları” elektron xidmət portalı istifadəyə verib
11.04.2025 [21:35]
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, innovativ platforma istifadəçilərə bir sıra xidmətlərə görə onlayn şəkildə müraciət etmək, sorğularının statusunu izləmək və cavabları operativ əldə etmək imkanı yaradır.
Yeni rəqəmsal platforma həm fiziki, həm də hüquqi şəxslər üçün aşağıdakı 5 xidmət istiqamətini əhatə edir:
1. Vətəndaş müraciətlərinin elektron qəbulu – Fiziki şəxslər fərdi müraciətlərini (şikayət, təklif və ərizə) elektron qaydada göndərə bilərlər. Hüquqi şəxslər isə öz təşkilatlarına aid rəsmi müraciətləri rahat şəkildə təqdim edə bilərlər.
2. Yük vaqonlarının planlı (depo və əsaslı) təmiri üçün müraciətlərin qəbulu – İstifadəçilər fərdi və ya şirkət mülkiyyətində olan vaqonlar üçün təmir və texniki xidmətlərdən yararlana bilərlər. Bu xidmət vaqon və qatarların istismar müddətinin uzadılmasına və təhlükəsizliyin artırılmasına töhfə verəcək.
3. Yük vaqonlarının yuyulması (deqazasiya edilməsi) üçün müraciətlərin qəbulu – Fiziki şəxslər fərdi mülkiyyətlərində olan vaqonlar üçün təmizlik xidmətindən yararlana bilərlər. Hüquqi şəxslər isə öz şirkətlərinə məxsus vaqon və qatarların texniki təmizlənməsi üçün müraciət edə bilərlər.
4. Ümumi istifadəli dəmir yollarında müxtəlif səviyyələrdə mühəndis qurğu və kommunikasiyalarının keçirilməsinə dair texniki şərtin (razılığın) verilməsi üçün müraciətlərin qəbulu – Fiziki şəxslər fərdi layihələri üçün texniki məsləhət və dəstək ala bilərlər. Hüquqi şəxslər və dövlət qurumları isə irimiqyaslı layihələrin planlaşdırılması və icrası üçün ekspert məsləhətləri əldə edə bilərlər.
5. Dəmiryol infrastrukturunun tikili və qurğularının, o cümlədən dəmiryol xətlərinin tikintisi və yenidən qurulması işlərinin layihələndirməsi üzrə müraciətlərin qəbulu – Şəxsi və kommersiya məqsədli tikinti layihələrinin hazırlanması və həyata keçirilməsi üçün məsləhət və texniki dəstək xidməti təqdim edilir.
Xidmətlərdən istifadə etmək istəyən şəxs elektron portalda qeydiyyatdan keçməli, portaldakı hesabına daxil olaraq xidmət növünü seçməlidir. Xidmət növünü seçdikdən sonra müvafiq forma açılır, istifadəçi həmin formanı doldurur, şəxsi məlumatların istifadəsinə razılıq verir və “göndər” düyməsini sıxır. İstifadəçi şəxsi kabinetdə “Müraciətlərim” bölməsində öz müraciətini və onun statuslarını görə bilir.
Əvvəllər bu xidmətlər yalnız kağız daşıyıcılar üzərindən həyata keçirilirdi. Yeni sistem sayəsində isə fiziki və hüquqi şəxslər ADY-nin xidmətlərinə müraciət etmək üçün ofislərə getməyə, kağız sənədlər təqdim etməyə ehtiyac duymayacaqlar. Bütün proses 24/7 rejimində onlayn həyata keçiriləcək. Sistem vasitəsilə sorğular avtomatlaşdırılmış şəkildə müvafiq şöbələrə yönləndiriləcək ki, bu da cavablandırma müddətini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin istifadəçilər öz müraciətlərinin hansı mərhələdə olduğunu real vaxt rejimində izləyə, elektron poçt vasitəsilə bildirişlər ala biləcəklər. Bundan əvvəl kağız sənədlərlə işləyərkən statusu öyrənmək üçün yenidən ADY-yə müraciət etmək lazım gəlirdi. Artıq xidmətlərə istənilən yerdən, istənilən cihaz vasitəsilə daxil olmaq mümkün olacaq. Bu, xüsusilə regionlarda yaşayan vətəndaşlara vaxtlarına qənaət etməyə və ADY-nin xidmətlərindən daha rahat istifadə etməyə imkan verir.
Portalın yaradılması prosesi ADY-nin Rəqəmsal inkişaf departamentinin daxili resursları və mütəxəssisləri tərəfindən həyata keçirilib. Yeni sistem hazırlanarkən müxtəlif yaş qruplarının və fərqli rəqəmsal bacarıqlara malik istifadəçilərin ehtiyacları nəzərə alınıb. İstifadəçi yönümlü interfeys sayəsində müraciət prosesi asan və intuitiv şəkildə qurulub. Bu da sistemi hər kəs üçün maksimum əlçatan edir.
Platforma ADY-nin rəqəmsal transformasiya yolunda atdığı mühüm addımlardan biri olmaqla dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edəcək.
ADY rəqəmsallaşma strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirməyə davam edəcək. Bu il elektron xidmətlərin siyahısı daha da genişləndiriləcək.
Azərbaycan Dəmir Yolları rəqəmsallaşmanı prioritet istiqamət kimi qəbul edərək müxtəlif sahələrdə bu cür həllərin tətbiqini genişləndirir. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir. Rəqəmsal platformalar və analitik alətlər vasitəsilə müştərilərlə münasibətlər daha şəffaf və çevik şəkildə qurulur. Nəticədə sərnişinlər və tərəfdaşlar daha şəffaf, operativ və etibarlı xidmətlərlə təmin olunur. Bu isə öz növbəsində istifadəçi təcrübəsini yüksəldir və müştəri etimadını gücləndirir.
ADY-nin tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan əlaqələrinin qurulması və xidmət keyfiyyətinin artırılması, yəni şəffaflıq təşəbbüslərinə açıqlığı rəqəmsallaşmanın tətbiqini asanlaşdırır. Rəqəmsal idarəetmə alətləri vasitəsilə fəaliyyətlərin izlənilə bilməsi, hesabatlılıq və analitik təhlil imkanları həm daxili nəzarəti gücləndirir, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsinə şərait yaradır. Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəri yönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu proses dəmir yolunun rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin nəqliyyat-logistika potensialının da güclənməsinə zəmin yaradır.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

