Məzrəli kəndində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmş tədbir keçirildi
01.04.2025 [17:29]
İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi və Məzrəli kənd ağsaqqallar şurasının təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə və Qarabağ müharibəsində Məzrəli kəndindən şəhid olanların xatirəsinə həsr edilmş tədbir keçirilmişdir.
Tədbirdə İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi, Ağsaqqallar şurasının Məzrəli kənd təşkilatının üzvləri, şəhid ailələri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
İlk öncə 31 mart Azərbaycanlıların Soyqırımında həlak olmuş insanların və Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra “Qurani-Kərim”dən ayələr və dualar oxunub.
Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov tədbirin məzmunu haqqında ətraflı məlumat verərək Azərbaycanlılara qarşı soqrımların unudulmaması, bu dövrün hadisələri ilə gənc nəsilin ətraflı tanış olmasının əhəmiyyətini qeyd edib. Şəhidlərimizin xatirəsinin həmişə əziz tutulmasının yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində əvəzsin rolunu bildirib.
Saleh müəllim çıxışında Azərbaycanda ağsaqqallar şurasının fəaliyyətindən, qarşıya qoyulan vəzifələrdən ətraflı danışmışdır. Ağsaqqallar şurasının dövlətə, prezidentin apardığı uğurlu siyasətə həmişə dəstək vermək əzmində olduğunu bildirmişdir. Məzrəli kənd ağsaqqallar təşkilatının fəaliyyətini yüksək qiymətləndirmiş, habelə kənddən olan dünyasını dəyişmiş nüfuzlu ağsaqqalları xatırlamışdır.
Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurası sədrinin müavini Məmi Atakişiyev ağsaqqalların cəmiyyətimizdəki rolundan, milli- mənəvi dəyərlərimiz və adət- ənənələrimizdən söhbət açaraq onların qorunmasının əhəmiyyətini bildirmişdir.
İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev çıxışında əvvəl Qarabağ müharibəsində Məzrəli kəndindən 17 nəfərin şəhidlik zirvəsinə yüksəlməsi haqqında danışmışdır.
Sonra çıxışında bir əsrdən çox davam edən erməni soyqırımı haqqında xronoloji ardıcıllıqla, müfəssəl məlumat vermişdir.
Ulu Öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublıkası prezidentinin Fərmanını bir daha diqqətə çatdırmışdır.
Bu fərmanla Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinə hüquqi qiymət verilmişdir.
Fərmanda göstərilir ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
Dahi lidermiz Heydər Əliyevin layiqli davamçısı prezidentimiz İlham Əliyevin mükəmməl siyasəti, rəhbərliyi ilə Milli Ordumuz torpaqlarımızı düşməndən azad etdi. Bu tarixi qələbə, həm də iki əsrə yaxın davam edən erməni vandalizminə, Azərbaycanlılara qarşı aparılan soyqırım siyasətinə ən layiqli cavab oldu.
Sonda tədbirdə çıxış edən rayon ağsaqqallar şurasının Məzrəli kənd təşkilatının sədri Eldəniz Məmmədov hamıya təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Xəbər lenti
Hamısına baxHadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19

