/ / İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Məmi Atakişiyevin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Məmi Atakişiyevin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
25.01.2025 [18:06]
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Bəcirəvan kənd Ağsaqqallar Şurasının sədri, hörmətli Məmi Atakişiyevin 75 illik yubileyinə həsr edilmiş tədbirdə rayon ağsaqqallar şurasının rəhbərliyi, idarə heyətinin üzvüləri və rayonu əhatə edən ərazi təşkilat sədrləri iştirak edirdi.
Görüşdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və yaxın zamanlarda dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və İmişli rayon Ağsaqqallar Şurasının 1800- ə yaxın üzvüləri adından Məmi Atakişiyevi səmimi qəlbdən təbrik edərək, Allahdan ona uzun ömür, şirin nemət olan cansağlığı, bundan sonrakı fəaliyyətində yeni- yeni nailiyyətlər arzuladı. Yubilyarın çoxşaxəli və geniş fəaliyyəti barədə məlumat verərək, onun rayonda həmişə nüfuzlu, hörmətli bir şəxsiyyət olduğunu bildirdi.
Sonra Saleh Səmədov ölkəmizin, o cümlədən İmişli rayonunun ictimai- siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə təltif olunan Məmi Atakişiyevə “Fəxri Ağsaqqal” döş nişanını təqdim etdi və bir daha gələcək fəaliyyətində uğurlar arzuladı.
İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev Məmi Atakişiyevi təbrik edərək onun rayonda uzunmüddətli səmərəli və dəyərli fəaliyyətini qeyd etdi.
Sonra V. Tağıyev rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun müvafiq əmri ilə Məmi Atakişiyevin İmişli rayon Ağsaqqallar Şurasının sədr müavini təyin edilməsi haqqında məlumat verdi.
Digər çıxış edənlər: İmişli Rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvləri Famil İmanov, Məhərrəm Əliyev, millətlərarası münasibətlər üzrə sədrin kömkçisi Adil Kərimov, aparat rəhbəri Murad Seyidov, "Xalq sözü" qəzetinin redaktoru Nizami Gülmalıyev, Aranlı kənd təşkilatının sədri Məhəmməd Bəylərov, Muradxanlı kənd təşkilatının sədri Vaqif Nəsirov, Əliqulular kənd təşkilatının sədri Səxavət Tağıyev, Murğuzallı kənd təşkilatının sədri İlham Mustafayev, Qaralar kənd təşkilatının sədri Şəmsəddin Həsənov, Bəhrətəpə qəsəbə təşkilatında sədr Yaqub Hüseynov, müavin Məhəmmədəli Zeynalov, Ölcələr kənd təşkilatının sədri Mirsalah Mirsalahov, Cəfərli kənd təşkilatının sədri Rasif Quluyev, Mürsəlli kənd təşkilatının sədri Kövsər Əhədov, Boşçallar kənd təşkilatının sədri Dayandur Əliyev ürək sözlərini tədbir iştirakçıları ilə bölüşərək yubliyari təbrik etdilər.
Yubliyar Məmi Atakişiyev çıxış edərək ona göstərilən diqqət və qayğıya görə hamıya dərin təşəkkür və minnətdarlığını bildirdi.
Yüksək əhval- ruhiyyə ilə keçən tədbirin sonunda İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev başda olmaqla rəhbərliyə İmişli rayon Ağsaqqallar Şurasının fəaliyyətinə və şuranın ayrı- ayrı üzvlərinə vediyi yüksək dəyərə görə minnətdarlığını bildirdi. Eyni zamanda, bütün şura üzvlərinə şərəfli fəaliyyətlərində uğurlar arzuladı!
Tədbir iştirakçıları sonda xatirə şəkilləri çəkdirdilər.
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

