İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Qaradonlu kənd ağsaqqalları ilə görüş keçirdi
13.01.2025 [17:13]
İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Qaradonlu kənd ağsaqqalları ilə görüş keçirib.
Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, Aparat rəhbəri Murad Seyidov, Qaradonlu və Çahar kənd İcra nümayəndəsi Məhəmməd İsmayılov, adı şəkilən kəndlərin Bələdiyyə sədri Faiq Mehbalıyev və Qaradonlu kənd ağsaqqalları iştirak edirdi.
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun təklifi ilə Ulu Öndər Heydər Əliyevin, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin və son dövrlərdə dünyasını dəyişən ağsaqqallarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxışına davam edən Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Millət vəkili, Milli Məclisin hesablama komissiyasının sədri, "Azərittifaq"ın sədri, Azərbaycan Koperasiya Universitetinin rektoru, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırdı. Sonra o, şuranın əsasnamənin müvafiq maddələrinə aydınlıq gətirdi. Ağsaqqal nüfuzu və hörməti haqqında məlumat verərək bildirdi ki, ağsaqqallara ən yüksək dəyəri Ulu Öndər Heydər Əliyev verərək demişdir: "Ağsaqqallar milli - mənəvi dəyərlərimizin qızıl fondudur!" Sonra Saleh Səmədov Qaradonlu Ağsaqqallar Şurasının ərazi təşkilatının yaradılması münasibətilə ilə bağlı ağsaqqalları təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Görüşdə çıxış edən Vahid Tağıyev də ağsaqqalların yerlərdə aparacağı işlər haqqında məlumat verdi. O, bildirdi ki, hazırkı vəziyyətdə ağsaqqalların üzərinə çox böyük məsuliyyət düşür. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi və milli - mənəvi dəyərlərimizin qorunması günün qlobal problemlərindəndir. Məhz bu vəzifənin məsuliyyəti də ağsaqqalların üzərinə düşür. Öz növbəsində Vahid Tağıyev də şura üzvlərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzuladı.
Tədbirdə iştirak edən İcra nümayəndəsi Məhəmməd İsmayılov əvvəlcə İmişli rayon Ağsaqqqallar Şurasının sədri Saleh Səmədovu az müddət ərzində qazandığı nailiyyətlərə görə təbrik etdi və uğurlar arzuladı. Sonra o, yeni təsis olunmuş Qaradonlu ərazi təşkilatı üzvlərini də təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Bələdiyyə sədri Faiq Mehdiyev də öz növbəsində yeni təsis olunmuş Qaradonlu ərazi təşkilatı üzvlərini təbrik etdi. Daim ağsaqqallar şurası ilə müntəzəm olaraq əlaqə saxlayacağını bildirdi.
Murad Seyidov tədbir iştirakçılarına təşkilatı məsələlər barədə ətraflı məlumat verdi. O, bildirdi ki, Qaradonlu kənd ağsaqqalları açıq səsvermə yolu əvvəlcə idarə heyətinə 7 nəfər üzv seçilməlidir. Sonra eyni qayda ilə idarə heyətinin üzvləri sırasından bir nəfər sədr, iki nəfər sədr müavini seçilməlidir.
Açıq səsvermə zamanı Fətullayev Eynulla, Süleymanov Mirsahib, Səfərov İlham, Həşimov Nazar, Məmmədov Kamil, Cəfərov Mirələm, Mehpalıyev Famil idarə heyətinin üzvü və onların sırasından səsvermə yolu ilə Süleymanov Mirsahib sədr və Məmmədov Kamil ilə Mehpalıyev Famil sədrin müavinləri seçildilər.
Beləliklə, Qaradonlu kənd Ağsaqqallar Şurasının ərazi təşkilatı təsis olundu. Sonda onlara Ağsaqqallar Şurasının döş nişanları təqdim edildi və onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

