Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Astanada AZAL təyyarəsinin qəzası ilə bağlı materialların öyrənilməsinə tezliklə başlanılacaq

Astanada AZAL təyyarəsinin qəzası ilə bağlı materialların öyrənilməsinə tezliklə başlanılacaq

07.01.2025 [21:35]

AZAL-a aid təyyarənin qəzasının araşdırılması üzrə komissiya üzvləri yaxın vaxtlarda Astanaya gələcək və Braziliyada deşifrə olunmuş “qara qutu”ların yazılarını öyrənməyə başlayacaq.

AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ekspertlər gəldikdən dərhal sonra “qara qutu”ların deşifrə edilmiş məlumatlarını öyrənməyə başlayacaqlar.

Braziliya mediasının məlumatına görə, Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) Braziliyada “qara qutu”ların təhlilini başa çatdırıb.

Qurum müvafiq məlumatları Qazaxıstana göndərib.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30