İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Boşçallar kənd ağsaqqalları ilə görüş keçirdi
21.12.2024 [11:17]
İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Boşçallar kənd ağsaqqalları ilə görüş keçirib.
Görüşdə İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, Aparat rəhbəri Murad Seyidov, sədrin milli münasibətlər üzrə köməkçisi Adil Kərimov, idarə heyətinin üzvü Famil İmanov və Boşçallar kənd ağsaqqalları iştirak edirdi.
Görüş Ümummilli Lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin və son dövrlərdə dünyasını dəyişən ağsaqqallarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Giriş sözü ilə çıxış edən Vahid Tağıyev İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Sonra isə ağsaqqalların cəmiyyətdə rolu və nüfuzu haqqında ətraflı məlumatlar verdi. O, bildirdi ki, Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi az müddət ərzində şura üzvlərinin sayı on dəfədən çox artaraq 1700 nəfəri keçmiş, habelə vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilmişdir. Vahid Tağıyev xüsusi olaraq vurğuladı ki, bütün bu yeniliklər müzəffər Ali Baş komandan, möhtərəm cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin yaxından köməyi və dəstəyi sayəsində həyata keçmişdir. Bu gün İmişli rayon Ağsaqqallar Şurasının tərkibinə Boşçallar kənd ağsaqqallar şurasının üzvləri daxil olur. Bu münasibətlə sizi təbrik edir və gələcək fəaliyyətlərinizdə uğurlar arzulayıram.
Famil İmanov çıxış edərək bildirdi ki, ağsaqqal adı şərəfli olduğu qədər də məsuliyyətlidir. İnanıram ki, Boşçallar kənd ağsaqqallar şurası bu missiyanın öhdəsindən layiqincə gələcək, sizləri bu münasibətlə təbrik edir və gələcək işlərinizdə uğurlar arzulayıram.
Görüşdə çıxış edən Adil Kərimov dünyada baş verən qlobal problemlər haqqında məlumat verdi, O, çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, bu gün bir çox ölkələr Azərbaycan Respublikasının naliyyətlərini həzm edə bilmirlər. Amma unudurlar ki, Azərbaycan estafeti dəmir yumruqlu müzəffər Ali Baş Komandan möhtərəm Prezident İlham Əliyevin əlindədir. Müstəqilliyimiz əbədidir, daimidir... Azərbaycan Ağsaqqallar Şurası da həmişə dövlətin yanındadır və onun rəhbəri Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləyir. Sizə bu yolu dəstəkləməkdə uğurlar arzulayıram.
Təşkilati məsələlər barədə ətraflı məlumat verən Murad Seyidov Ağsaqqallar Şurasının əsasnaməsi haqqında ətraflı məlumat verdi və əsasnamənin müvafiq maddələrinə aydınlıq gətirdi. O, qeyd etdi ki, əsasnamənin müvafiq maddələrinə uyğun olaraq Boşçallar kənd ağsaqqallar şurasına açıq səsvermə yolu ilə 5 nəfər idarə heyətinə üzv və onların sırasından bir nəfər sədr, iki nəfər sədr müavini seçilməlidir.
Açıqsəsvermə yolu ilə Dayandur Əliyev, Tahir Bilalov, Həsrət Qarayev, Zahir Əliyev və Şura Əhmədov idarə heyətinin üzvü və onların sırasından Dayandur Əliyev – sədr, Tahir Bilalov və Həsrət Qarayev sədr müavini seçildilər. Beləliklə Boşçallar kənd Ağsaqqallar Şurasının ərazi təşkilatı təsis olundu.
Sonra şuranın sədrinə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının xüsusi nişanları təqdim olundu.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

