Düşənbədə Şuşaya həsr olunmuş “Xarı Bülbül” sənədli filmi nümayiş etdirilib
06.12.2024 [23:31]
Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində dekabr 5-də Düşənbədə yerləşən “Vətən” kinoteatrında isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə həsr olunmuş “Xarı Bülbül” sənədli filmi nümayiş etdirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, nümayişdən əvvəl Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək, ölkəmizin Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən söhbət açıb, Zəfər Gününün hər bir azərbaycanlı üçün ən əziz bayram olduğunu, Şuşanın işğaldan azad edilməsinin qəhrəmanlıq dastanına çevrildiyini vurğulayıb. Diplomat təqdim ediləcək filmin həsr olunduğu Xarıbülbül və Şuşa şəhəri haqqında qısa məlumat verib.
Səfir, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şuşanın tarixi hissəsini tarix-memarlıq qoruğu elan etməsinin şəhərin abidələrinin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addım olduğunu vurğulayıb.
Sonra sənədli film nümayiş olunub.
Tədbir rəsmi ziyafətlə davam edib.
Qeyd edək ki, film Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə rus dilinə səsli tərcümə edilib, ingilis dilində altyazı ilə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

