ÜDM-də kreativ sənayenin payı artır
03.12.2024 [09:23]
Bakıda “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçirilir
Dekabrın 2-də Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminarı öz işinə başlayıb. Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.
Açılış mərasimində çıxış edən Agentliyin rəhbəri Kamran İmanov bildirib ki, regional seminar müəyyən mənada innovasiyadır, yeni yanaşma və yeni həllər yoludur. Bu seminar yaradıcılığı, ixtiraçılığı və özünüifadə etməyi davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan CEDM modelinin tətbiqi təklifini tətbiq etməyimizə dəstək göstərir.
K.İmanov diqqətə çatdırıb ki, CEDM - kreativ iqtisadiyyatın data (məlumat) modelidir. CEDM model empirik dataların toplanmasında, kreativ iqtisadiyyatın dəyərlənməsində çoxsahəli ölçü aləti rolunu oynayan və geniş faktorların nəzərə alınmasına imkan yaradan alətdir. Burada kreativ məhsul istehsalatı olan institusional mühit kreativ istehsalı tələb edən resurslar və kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə əqli mülkiyyətin rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir.
ÜƏMT-nin departament direktorunun müavini, böyük menecer Dimiter Qançev çıxışında bildirib ki, bu gün əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Eyni zamanda, biz iqtisadi baxımdan qeyri-sabit dövrdə yaşayırıq. Digər tərəfdən, hər kəs əlində olan resursları optimallaşdırmağa çalışır. Bunlardan biri də yaradıcılıqdır, kreativlikdir.
ÜƏMT rəsmisi diqqətə çatdırıb ki, kreativlik özü-özlüyündə iqtisadi inkişaf yaratmır. Bunun üçün mühit olmalıdır. Həmçinin bir mexanizm olmalıdır ki, kiçik şirkətlər, böyük şirkətlər öz məhsullarını bazara çıxara bilsinlər. Əsas mexanizmlərdən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Bunun vasitəsilə yaradıcılıq məhsulları bazara çıxarıla bilər və bundan iqtisadi dəyər əldə edilə bilər. Bu səbəbdən müəllif hüquqlarının və əqli mülkiyyət hüquqlarının qorunması yaradıcı sənaye üçün olduqca vacibdir.
D.Qançev qeyd edib ki, ÜƏMT 20 il əvvəl kreativ sənayenin iqtisadiyyata töhfəsini ölçən metodologiya hazırlayıb. Bunun da əsası müəllif hüququnun qorunmasıdır. Bu, çox önəmli və aydın meyarlardan biridir. Bu metodologiyanı 65 ölkə, o cümlədən Azərbaycan qəbul edib.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yaradıcı sənayenin dünyada sürətlə inkişaf edən sahələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, bu, həm rəqəmsallaşma, həm də dövlətlərin diqqətinin artırılması və sərmayə qoyulması ilə bağlıdır: “Yaradıcı sahənin inkişafı əqli mülkiyyət məsələlərinin əhəmiyyətini, aktuallığını da artırır. Bugünkü rəqabətli biznes mühitində əqli mülkiyyət bütün şirkətlər üçün dəyərli bir aktivə çevrilir. Kiçik və orta bizneslər üçün onların əqli mülkiyyət hüquqlarını başa düşmələri və qorumaları innovasiyaları təşviq etmək, bazarda mövcud olmaq və rəqabət üstünlüklərini qorumaq üçün çox vacibdir”.
Açılış mərasimində, həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, AZPROMO-nun rəhbəri Yusif Abdullayev və başqaları çıxış edərək tədbirin mövzusunun aktuallığını qeyd ediblər, regional seminarın işinə uğurlar arzulayıblar.
Daha sonra tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Əqli Mülkiyyətin yenidən dərk edilməsi və kreativ iqtisadiyyat” mövzusunda məruzəsi dinlənilib. Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyətin müasir konteksti nəzərəçarpan dərəcədə dəyişib, onun kökündə təkcə hüquqi məna deyil, iqtisadi və sosio-mədəni məna da başa düşülür. Əqli mülkiyyətin müasir kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) verilən yalnız müstəsna hüquqlar deyil, bilavasitə ƏFN də nəzərə alınmalıdır. K.İmranov diqqətə çatdırıb ki, Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalara görə, Azərbaycanda ÜDM-də kreativ sənayenin payı getdikcə artmaqdadır. Bu göstərici, 2024-cü ilin 1 yanvarına olan vəziyyətə görə 5,2 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.
Daha sonra ÜƏMT-nin departament direktorunun müavini, böyük menecer Dimiter Qançev “Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış” mövzusunda məruzəsi ilə çıxış edib.
İki gün davam edəcək seminarda ÜƏMT-nin peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın aktual məsələlərinə dair məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəlliflik hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi və bu sahədə ölkəmizdə həyata keçirilən layihələr barədə tədbir iştirakçıları qarşısında geniş təqdimat olacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

