Həqiqət naminə kiçik müqayisələr- Asif Adil yazır
28.10.2024 [17:51]
Uşaqlıq illərimi xatırlayarkən ilk növbədə yadıma məhəlləmizdə yaşayan qonşu uşaqlar düşür. Etiraf edim ki, onların sonrakı aqibətlərindən məlumatsızam və sanki onlar elə həmin illərdə qalmış kimidirlər.
Xatırlayıram ki, uşaqlardan biri yaman küsəyən idi. Küsəndə də hər dəfə kənara çəkilərdi ki, aramızda daha “yumşaq” olan kimsə ona yaxınlaşsın və bizimlə oynamağa davam etməyi xahiş etsin. Bu hal onun çox xoşuna gələrdi, çünki həmin an öz “xüsusi əhəmiyyətini” hiss edərdi. Halbuki, biz sadəcə onun küsülü olub əyləncələrdən kənarda qalmasını istəmirdik.
Başqa bir uşaq isə hər zaman nədənsə narazı və bir o qədər də deyingən idi. Buna görə tez-tez nəsə “səbəb” tapıb hamımızı bezdirirdi. Ya kiminsə geyimində bir qüsur tapar, ya məktəbdəki müəllimlərdən narazı olar, bəzən qonşu mənzilin mətbəxindəki işıq ona çox sarı gələr, əksər hallarda isə ev tapşırığına görə aldığı qiymətləri ona qarşı edilmiş haqsızlıq kimi təsvir edərdi. Maraqlısı da o idi ki, o, heç vaxt heç kimlə razı deyildi və hətta öz sinif yoldaşlarının arxasınca da danışırdı. Digər məhəllədən olan uşaqlar ilə arabir edilmiş “ciddi söhbətlər” zamanı isə “adəti üzrə” kənara çəkilər və bir də “söhbət” bitəndən sonra öz “ağıllı” tövsiyələri ilə bizə yaxınlaşardı. Əlbəttə ki, bütün bunlara görə həmin uşağı məhəllədə heç kəs ciddi qəbul etmirdi. Bir müddət sonra doğma məhəllədə ona olan maraq və inamın tamamilə tükəndiyini hiss edəndən sonra həmin o uşaq yeni “tərəfdaşlarını” artıq qonşu məhəllələrdə axtarmağa başladı.
Qonşuluqda yaşayan başqa bir uşaq isə hər zaman çalışırdı ki, məhəllədə böyüklərin yanında dayansın. Həmin vaxt anlam verə bilməsək də illər sonra anlayacaqdıq ki, onun bu cür davranışının səbəbi böyüklərin yanında dayanmaqla özünü “sığortalı” hiss etməsi idi. Əlbəttə ki, onda “güvən” yaradan “böyüklərin” yanında dayanmağın da bir “əvəzi” var idi: o, xəbərçiliklə məşğul olmağı seçmişdi. Vurğulayaq ki, həmin o uşağa əsla “dəyib-dolaşan” yox idi. O sadəcə böyüklərin yanında olan zaman özünü bizdən daha güclü hiss edirdi.
Məhəlləmizin digər bir maraqlı “personajının” xarakterini xalqımızın bu deyimi bütün təfərrüatları ilə açıqlamaq gücündədir: “harada aş orada baş”. Hansısa xüsusi bacarıq və ya keyfiyyəti ilə seçilməyən bu uşağı yuxarıda bəhs etdiyimiz məhəlləmizin digər uşaqları sadəcə bir konfet və ya dondurma müqabilində öz tərəfinə çox rahat çəkə bilərdilər. Halbuki ailəsinin maddi imkanı bir çoxlarından daha artıq idi. Onun bu cür davranışı daha çox sahib olduğu “mənəvi keyfiyyətlərindən” qaynaqlanırdı.
Məhəlləmizdə müxtəlif hadisələri kənardan izləyən zaman mənə elə gəlirdi ki, yuxarıda bəhs etdiyimiz həmin o uşaqlar açıq olmasa da sanki hansısa “gizli” bir qruplaşma yaratmışdılar. İllər öncə onların bu cür davranışının səbəblərini anlamırdıq. Çünki məhəlləmizin sakinləri kimi əksər uşaqlar çox mehriban idi, heç kim heç kimə əsla sataşmazdı. Məhəlləmizdə iməciliklər təşkil olunar və bütün qonşular — uşaqlı-böyüklü mehriban şəkildə bu prosesdə iştirak edərdilər. Bayramlarda tonqallar yandırılar, gitara musiqisi çalınar, uşaqlar üçün kollektiv oyunlar təşkil olunardı və s. Məhz elə bunlara görə də anlamırdıq ki, qeyd etdiyimiz uşaqların bəhs olunan davranışlarının əsl səbəbi nədir.
Yalnız illər sonra anladıq ki, əslində həmin o uşaqları birləşdirən ümumi bir cəhət var: paxıllıq. Məhəllimizdə hamı tərəfindən hörmət olunan, böyük-kiçik yeri bilən, fərqli fikirləri ilə seçilən, habelə mükəmməl məntiqə sahib olan bir gənc var idi. Həmin o gənc məhəlləmizin əsl lideri idi. Çox maraqlıdır ki, bəhs etdiyimiz bu gənc digər uşaqlardan fərqli olaraq sözə yox, əmələ üstünlük verirdi. Əksər hallarda onun etdiklərindən böyüklər bizə ona oxşamağı nəsihət edəndə xəbər tuturduq. O özü haqqında heç söhbət belə etmirdi. Etiraf edək ki, məhəlləmiz də uşaq və yeniyetmələr arasında əsasən həmin o gəncə görə tanınılırdı. Yuxarıda bəhs etdiyimiz həmin o “bəlalı” uşaqlardan başqa, hamı çox məmnun idi ki, belə bir gənc məhəlləmizdə yaşayır.
Uzun illər sonra bu gün siyasətdə baş verən bəzi “maraqlı” hadisələrə diqqət yetirən zaman qeyri-ixtiyari uşaqlıq illərində məhəlləmizdə yaşananları xatırlayıram. Nədənsə mənə elə gəlir ki, bu gün siyasi münasibətlərdə yaşanan bəzi hadisələrin mahiyyət və əsl səbəbləri köhnə məhəllədə bəhs etdiyimiz uşaqların davranışlarının səbəbləri ilə eynidir. Parlament seçkilərində anadan olduğu öz doğma kəndindən seçilə bilmədiyi üçün siyasətdən gedəcəyini bəyan edən “küsəyənlər”, deyingən populist demaqoqlar, “böyük qardaş” adı ilə xaricdə özünə dəstək axtaranlar, prinsipsiz siyasi alverçilər və daha kimlər bu gün siyasətə pənah gətiriblər.
Bəlalı siyasətşivənlərin bəzən bizə mürəkkəb görünən “anlaşılmaz” siyasi davranışlarının əsl səbəbləri çox bəsitdir və bunları görməzdən gəlmək təhlükəli və bağışlanmazdır. Milli birlik və həmrəylik hər bir xalqın siyasi sərvəti və müxtəlif siyasi “stresslərə” qarşı təbii immunitetidir. Odur ki, hər bir məsuliyyətli vətəndaş ölkəmizdə yaşanan milli birlik və həmrəyliyinin qorunmasında fəal iştirak etməlidir.
Asif Adil
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13

