Pirallahıda ağacəkmə aksiyası və iməcilik təşkil olunub
28.10.2024 [14:59]
Ölkəmizdə ətraf mühitin qorunması davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Ekosistemlərin qorunması, su və torpaq resurslarının mühafizəsi, hava çirklənməsinin azaldılması bu istiqamətdə atılan addımlardan biridir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi, rayonumuzda da silsilə tədbirlər həyata keçirilir. Oktyabrın 18-dən etibarən Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da agacəkmə aksiyalarına start verildi. Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı rayomunuzda 18 mindən çox ağac və kollar əkiləcək.
26 oktyabr 2024-cü il tarixində Pirallahı rayonunda "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası və iməcilik təşkil olunmuşdur. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhər İcra Hakimiyyətinin və RİH-nin məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin kollektivləri iştirak etdilər. Aksiya zamanı Pirallahı rayonunda əsas magistral yolunun kənarındakı boş ərazidə ümumilikdə 5000-ə yaxın ağac əkilmişdir. Rayonumuzda keçirilən genişmiqyaslı iməcilikdə idarə, müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak etmişdir. İməcilik zamanı parklar və istirahət guşələrində, səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının, həmçinin küçələrin xüsusi texnika ilə yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülmüşdür. Eyni zamanda ərazidə mövcud olan qazon örtüyünün və ağacların suvarılması, quru ağacların götürülməsi, ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənməsi işləri həyata keçirilmişdir. Toplanan məişət tullantıları müvafiq olaraq daşınmışdır.
Qeyd edək ki, ölkə başçısının qərarın Pirallahı rayonu ərazisində yüksək səviyyədə icrasını təmin etmək məqsədilə 1 mart 2024-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən müvafiq Sərəncam və Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən, ilin əvvəlindən bir çox maarifləndirici tədbirlər, dəyirmi masalar və konfranslar, yaşıllaşdırma, ağacəkmə və iməcilik aksiyaları həyata keçirilmişdir. Həmçinin bərk məişət tullantılarının idarə olunması, utilizasiyası və zərərləşdirilməsi üzrə mühüm addımlar atılmışdır. 26 oktyabr tarixli ağacəkmə və iməcilik aksiyaları da görülən işlərin davamı istiqamətindədir. Belə təşəbbüslər ekoloji tarazlığın qorunmasına, ətraf mühitin yaxşılaşdırılmasına və cəmiyyətin ekoloji maarifləndirilməsinə önəmli töhfələr verir. Yaxın gələcəkdə bu ərazidə əkilən ağac Pirallahı qəsəbəsinə uzanan magistral yolu daha da gözəlləşdirəcək, sakinlərimizin zövqünü oxşayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

