Pirallahı rayonunda 27 sentyabr - Anım gününə həsr olunmuş tədbir keçirildi
27.09.2024 [23:35]
27 sentyabr 2024-cü il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “27 sentyabr-Anım Günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının icrası və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirlər ümumilikdə bir neçə hissədən ibarət olmuşdur.
İlk növbədə səhər saatlarında təhsil və mədəniyyət müəssisələrində RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilmişdir.
Daha sonra Fəxri Xiyabanda və rayon ərazisində yerləşən Gürgən qəsəbə qəbiristanlığında şəhid məzarları ziyarət edilmiş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarları üzərinə gül dəstələri düzülmüşdür.
Tədbirlərin davamında, RİH başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “Regional İnkişaf” İctimai Birliyi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsinin girişindəki körpünün yaxınlığında ağacəkmə aksiyası təşkil edilmiş və şəhidlərimizin əziz xatirəsinə 200 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacəkmə aksiyası başa çatdıqdan sonra RİH başçısı və qonaqlar Vətən uğrunda abidə kompleksinin qarşısına gəlmiş və burada ümumrayon tədbiri açıq elan olunmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Pirallahı şəhidlərinin şəkillərinin əks olunduğu abidə kompleksinin qarşısına gül dəstələrinin qoyulması ilə davam etmişdir. Daha sonra, rayon ərazisində fəaliyyət göstərən “4 №li Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələri musiqi nömrələri və şeirlərlə tədbirdə çıxış etmişlər.
Keçirilən tədbirlərin davamı olaraq RİH başçısı Vasif İmanov, millət vəkili Günay Əfəndiyeva və RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhid ailələri və müharibə əlilləri ziyarət edilmiş, onlara sovqatlar təqdim edilmişdir. Ziyarət edilən şəhid ailələri dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
“27 Sentyabr-Anım günü”nə həsr olunan tədbirlərin yekununda RİH başçısının və rayon ictimaiyyətinin Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət etməsi nəzərdə tutulmuşdur.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

