Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəmkirdə evdə partlayış olub

Şəmkirdə evdə partlayış olub

20.08.2024 [10:56]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir şəhərində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 450m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəx hissəsində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib, xəsarət alan olmayıb".

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
Baxılıb: 773 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30