Şuşa sakinlərinin sayı 570 nəfər oldu!
31.07.2024 [10:38]
Mayın 10-u xalqımız üçün əziz və unudulmaz bir tarixdir. Həmin gün ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür. Ancaq son illərdə bu tarix başqa mənada da bizləri xoşbəxt edir. Çünki ölkə başçısı Ulu Öndərin doğum gününü onun vəsiyyəti olan, azadlığını görməsə də azad olunacağına əmin olduğu Şuşada qeyd edir.
Bu il isə 10 may tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər, şəhərə köçmüş ilk sakinlərlə görüş keçirdilər. Bəli, nəhayət o gün gəlib çatmışdı. Şuşaya ilk və möhtəşəm köç reallaşmışdı. Heydər Əliyevin doğum gününə təsadüf edən bu əlamətdar hadisə təbii ki, hər birimizin sevincinə və qüruruna səbəb oldu. Qeyd edək ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürüldü.
Məlumat üçün bildirək ki, Şuşaya ikinci köç mayın 14-də baş tutub. Bu mərhələdə 38 ailə-136 nəfər köçürülüb. Üçüncü köç mayın 25 də reallaşıb. Bu zaman 32 ailə - 125 nəfər köçürülüb. Dördüncü köç karvanı mayın 30-da yola salınıb. Həmin gün 57 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Nəhayət, iyunun 12-də mədəniyyət paytaxtımıza beşinci köç karvanı yola salınıb. Bu mərhələdə isə 21 ailə-85 nəfər doğma torpaqlarına qovuşub.
6-cı köç karvanı...
Ötən gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşaya növbəti-6-cı köç karvanı reallaşıb. İyulun 30-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə daha 21 ailə - 79 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 147 ailənin, yəni 570 nəfərin daimi məskunlaşması təmin edilib.
Heç vaxt ümidlərini itirmədilər...
Şuşa sakinləri doğma yurda qayıdışın sevincini yaşayırlar. Keçmiş məcburi köçkünlər qürur hissi keçirərək ilk təəssüratlarını bölüşüblər. Sakinlərin sözlərinə görə, həyatın amansız sınaqları ilə üz-üzə qalsalar da, heç bir zaman ümidlərini itirməyiblər.
Onlar burada yaradılmış şəraitdən məmnundurlar. Şuşa sakinləri Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərə, fədakar qazilərə minnətdar olduqlarını bildiriblər.
Şuşada elə bir tarix yazıldı ki...
30 ildən də çoxdur ki, bunu gözləyirdik. Şuşanın qədimi küçələrində Azərbaycan övladlarının qaçıb əyləndiyi, gülüşləri ilə hər yana səs saldığı, böyüyüb başa çatdığı günü gözləyirdik. Şuşada elə bir tarix yazıldı ki, yüz illər keçsə də unudulmayacaq. Hər kəs bu tarixi nailiyyətə imza atanlara qibtə edəcək, həsəd aparacaq. Azərbaycan xalqı, şuşalılar bu torpaqda əbədi yaşayacaq, qurub yaradacaq və sonrakı nəsillərə əmanətlər qoyacaqlar. Əsrlər keçsə də Azərbaycanın şanlı bayrağı Şuşanın səmasında dalğalanmağa davam edəcək...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20

