Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Güclü meşə yanğını Kanadanın qərbindəki turizm şəhərinin bir hissəsini məhv edib

Güclü meşə yanğını Kanadanın qərbindəki turizm şəhərinin bir hissəsini məhv edib

26.07.2024 [15:31]

Güclü meşə yanğını Kanadanın qərbindəki “Casper” turizm şəhərini viran qoyub. Potensial olaraq şəhərin 50 faizə qədər ərazisi məhv olub.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, şəhər Alberta vilayətinin dağlıq Casper Milli Parkının mərkəzində yerləşir. Şəhər və park ildə 2 milyondan çox turist cəlb edir. Rəsmilərin hesablamalarına görə, bazar ertəsi ərazidən təxminən 25 min adam təxliyə edilib.

Albertanın Baş naziri Daniel Smitin sözlərinə görə, potensial ziyan 30-50 faiz təşkil edir, bu da əhəmiyyətli dərəcədə bərpa işləri tələb edəcək. O əlavə edib ki, yanğın hələ də nəzarətə alınmayıb.

Xilasedicilər üçün əsas problemlərdən biri alovun Edmontondan Vankuverə gündə 890 min barel neft daşıyan Trans Mountain neft kəmərinə toxuna biləcəyidir. 

Federal hökumət və Albertanın digər şəhərlərinə qəza briqadaları göndərilib. Bundan əlavə, yaxın günlərdə əraziyə Meksika, Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyadan ümumilikdə 400 yanğınsöndürənin gələcəyi gözlənilir.

Paylaş:
Baxılıb: 788 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31