Həyatınızı dəyişdirəcək fitnes...
19.07.2024 [11:20]
Tarixə nəzərə yetirsək idmanla daha çox kişilərin məşğul olduğunu görərik. Lakin zaman keçdikcə, bu sahədə yetərincə uğur qazanan qadınlar da az deyil. Elə bugünki müsahibimiz də gənc idmançı, ftnes məşqçisi Aydan Alışovadır.
- Aydan xanım, adətən, fitnesə artıq çəkidən əziyyət çəkənlər müraciət edirlər. Sizə olunan müraciətlər nəyə əsasəndir?
- Mənə olunan müraciətlər müxtəlif olur. Düzdür, bəzən artıq çəkidən əziyyət çəkənlər müraciət edirlər, lakin digər səbəblərə görə də müraciət edənlərin sayı az deyil. Bunlara çəkisi az olanlar, onurğa sütununda problem olanları misal gətirə bilərəm. Qida rasionuna görə müraciət edənlərdə bədən quruluşu normal olsa da düzgün və sağlam qidalanmaq istəyirlər. Çəkisi az olanlara isə düzgün məşq proqramı və bununla bərabər qidalanma rasionunu tərtib edirəm. Hər ikisinə eyni anda əməl edəndə istədiyi nəticəni əldə edə bilərlər.
- Fitneslə məşğul olan qadınlar qida rejiminə necə əməl etməlidir?
- Fitneslə məşğul olan insanlar düzgün qidalanma rejiminə əməl etməlidirlər. Onların gündəlik qəbul etməli olduğu protein və s qidalar var ki, norma olaraq qəbul olunmalıdır. Bu qidalar müəyyən etmiş sayda qəbul olunmalıdır ki, etdiyi idmanın nəticəsi olsun.
- Bəs ümumiyyətlə rasiondan çıxartdığınız qidalar var?
- Əsasən zərərli karbohidratlar olan şirniyyatlar və ağ çörəkdən istifadə etmirik. Bu qidaların əvəzedici kimi, buğda unundan hazırlanmış çörəkdən və yulafdan istifadə edə bilərlər.
- Hazırda havaların isti keçdiyi bir dönəmdəyik. İlin bu aylarında fitnes məşqləri zamanı hansısa dəyişikliklər həyata keçirilir?
- Fitnesdə yay və qış rejimi fərqli olur. Yayda məşqlərin intensevliyini azaldırıq. Havalar isti olduğuna görə məşqləri səhər və axşam saatlarına salmağa çalışırıq. Eyni zamanda məşq zamanı daha çox havalandırılmış qapalı məkanlardan istifadə edirik. Əgər məşq prosesi açıq havada olursa, bunu səhər və axşam saatlarında həyata keçirtməyə çalışırıq.
- Neçə yaşdan özünüzü bu sahədə görmüsünüz?
- Ümumiyyətlə idmana uşaq yaşlarımdan başlamışam, ən böyük dəstəkçim atam olub. Evdə atamın köməyi ilə məşqlər edirdim. Fitnes sahəsini seçməyimdə də məqsədim mükəmməl bədən quruluşuna sahib olmaqdır. Atam cavan vaxtlarında karate idman növü ilə məşğul olub. Onun idman sahəsində bilgilərin çox olduğundan mənim də profesionallaşmasına imkan yarandı.
- Hamilə xanımlar üçün fitnesin müsbət cəhətlərindən danışardınız...
- Hamilə xanımlar üçün fitnesin böyük faydaları var. Məşq prosesi zamanı onların stressini azaldır, həm də həzminə kömək edir. Ən önəmlisi isə doğuş zamanı nəfəs alıb vermə prosesi onlarda önəmli olduğu üçün artıq buna hazır etmiş oluruq. Məşq zamanı həm hərəkət etməyi, həm də sinxron nəfəs almaq öyrədilir. Mənə müraciət edənlər çox olub, onlara bacardığım qədər dəstək olmağa çalışıram.
- Fitnes məşqləri zamanı sağlamlığında olan hansı problemlər aradan qaldırılır?
- Elə intensiv məşqlər var ki, onlar insanda həm dözümlülük yaradır, həm özgüvən. İdmandan əlavə biz özümüzü məcbur edirik ki, düzgün qidalanaq. Hər bir tələbəmizə məsləhət görürük ki, gündə ən azı 2-4 l arası su içsin. Bu da orqanizmə böyük dəstək olur.
- Bəs gələcəklə bağlı hansı planlarınız var?
- Bacardığım qədər fəaliyyətimi genişləndirməyə çalışıram. Gələcəkdə hər kəsə uyğun qiymətdə olacaq və ehtiyaclarını qarşılayacaq fitnes mərkəzi açmaq istəyirəm.
- Siz həm də cüdo ilə məşğul olursunuz.
- Hal hazırda işimlə əlaqədar davam edə bilmirəm. Lakin vaxtilə həm atletika, həm də cüdo ilə professional məşğul olmuşam. Ən çox nəticələrim ölkədaxili olub. Atletika üzrə 4 dəfə Respublika çempionu olmuşam. May aylarında marafon keçirdi və orada 2 dəfə kateqoriya üzrə qalib olmuşam.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

