Doktorantura və dissertantura üzrə imtahanlara qoyulan tələblər açıqlanıb
08.07.2024 [16:49]
Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Təhsil İnsitutu məlumat yayıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.
Esse yazarkən namizədlərə qoyulan tələblər var. Belə ki, esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənmə, tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli, həcmi 200-250 söz olmalı, tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli, publisistik üslubda olmalı, essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı, neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli, fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli və akademik yazı qaydalarına əməl edilməlidir.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s.) təsvirini vermək tələb olunur.
Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır: vizual məlumatın təsviri seçilmiş xarici dildə olub, vizual məlumata uyğun olmalı, tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli, həcmi 150-180 söz olmalı, tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli, elmi-publisistik üslubda olmalı, vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı, vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalıdır. Həmçinin neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli, vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli, vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı və akademik yazı qaydalarına əməl edilməlidir.
Vurğulanıb ki, yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.
Yazı işi DİM tərəfindən təqdim olunan diyircəkli qələm vasitəsilə yerinə yetirilməlidir.
Həmçinin xarici dil üzrə həm esse, həm də vizual məlumatın təsviri üzrə yazı işini yerinə yetirmək üçün namizəd və iddiaçılara təqdim olunan A3 ölçülü vərəqlərin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31

