Kərimli kimlərə suflyorluq edir?
06.07.2024 [09:30]
Rediküllər aldıqları qrantlar müqabilində Qərbdəki Azərbaycanofob dairələrdən gələn sifarişləri yerinə yetirmək kimi yaramaz əməllərini davam etdirməkdədirlər. Paralellər apardıqda aydın şəkildə görünür ki, ölkəmizin uğurlarına iki qütbdən sinxron qaydada qısqanc yanaşma sərgilənir. Bunlardan biri Qərbdəki bəlli dairələr, digəri isə onların Azərbaycandakı uzantıları - “sapı özümüzdən olan baltalar”dır. Özünü redikül düşərgənin əsas siması sayan AXCP sədri Əli Kərimlinin son açıqlaması bu qənaəti bir daha təsdiqləyir.
Bu dəfə Əli Kərimli Azərbaycan-Çin əməkdaşlığını özüsayağı “tənqid” hədəfinə çevirib. AXCP sədri “Nəyə görə Çini strateji tərəfdaş seçmişik? Bilən də yoxdur, xalqa izah edən də” deyir. Bunun ardınca Əli Kərimli 2017-ci ildən bəri Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanmamasına görə ölkə hakimiyyətini ittiham etməyə başlayıb.
Əvvəla, onu deyək ki, Əli Kərimli iki fərqli mövzudan paralel şəkildə danışmaqla özünü növbəti dəfə ifşa edib. Sirr deyil ki, ayrı-ayrı Qərb dövlətləri və təsisatları Çinin dünyada nüfuzunun artmasından bərk narahatdır. Onlar çoxqütblü yeni dünya nizamının formalaşmasına qarşıdırlar və bu istiqamətdə gedən proseslərin qarşısını almağa çalışırlar. Bu gün Çini bəlli dairələrin hədəfinə çevirən əsas amil də bu ölkənin qlobal miqyasda iqtisadi, siyasi, hərbi güc mərkəzlərindən biri qismində çıxış etməsidir. Heç şübhəsiz ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı sarıdan ifadə olunan narahatlıq Əli Kərimlidən çox Qərbin başağrısıdır. Burada AXCP sədri sadəcə, muzdlu suflyor qismində çıxış edir.
AXCP sədrinin Qərb dairələrinin sifarişlərini yerinə yetirməsi məsələnin yalnız bir tərəfidir. Bəs Əli Kərimli əsası qoyulan Azərbaycan-Çin strateji tərəfdaşlığından məmnun qalmadığını hansı arqumentlərlə əsaslandıra bilər? Sualın cavabı birmənalıdır: Heç bir əsasla! Söhbət dünyada ikinci böyük iqtisadiyyata malik bir dövlətlə strateji tərəfdaşlıqdan gedir. Hazırda Çinlə yaxınlaşmağa çalışan çoxlu sayda ölkənin adını sadalamaq mümkündür. O başqa məsələdir ki, Çin seçim edir və onun seçimlərindən biri də dinamik inkişaf templərinə malik olan, öz siyasətində həmişə suverenlik prinsipindən çıxış edən Azərbaycandır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

