/ / Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib
Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib
15.06.2024 [12:28]
İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə” mövzusunda plenar sessiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsindən danışıb. O qeyd edib ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafı bilavasitə lider amili ilə əlaqədardır.
Mərkəzi Aparatın rəhbəri bildirib ki, Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması ilə müstəqil dövlət quruculuğu təmin edilib, dövlətçilik tariximizin taleyüklü mərhələsi məhz bu dövrdə başlayıb. “Ümummilli Liderin xalqın çağırışına səs verərək 1993-cü il iyunun 9-da Bakıya qayıtması, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycanın Qurtuluşunu təmin etdi. Müdrik dövlət xadimi mürəkkəb tarixi mərhələdə liderlik missiyası yerinə yetirməklə milli həmrəyliyin təmin olunmasına, ölkənin inkişafına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər gördü, böyük tarixi nailiyyətlərə imza ataraq Azərbaycan üçün aydın perspektivləri müəyyən etdi”, - deyə Tahir Budaqov qeyd edib.
O vurğulayıb ki, Heydər Əliyev siyasəti xalqımıza ən dəyərli milli-siyasi sərvətimiz olan Azərbaycanın dövlət müstəqilliyini bəxş edib və ölkəmizin yüksəlişi təmin olunub.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib ki, Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətləri son dərəcə dərin və sağlam təməllər üzərində qurulub. Belə ki, bu sənəd hər baxımdan gücünü müstəsna əlaqələrimizdən, ortaq köklü tariximizdən, dilimizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən və bütün bunların qaynağında dayanan könül bağımızdan almaqdadır.
O qeyd edib ki, bu sənədlə qardaş ölkələrimiz arasındakı əlaqələrimiz daha da möhkəmlənib.
Qazaxıstanın AMANAT Partiyasının İcra katibi Daulet Kəribek TDT-yə üzv ölkələrin hakim partiyalarını ikitərəfli əməkdaşlığı gücləndirməyə dəvət edib: “Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda TDT turbulentlikdən sürətlə çıxmaq və itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır”.
Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov isə söyləyib ki, Azərbaycan ölkəsinin etibarlı tərəfdaşıdır: “Ölkələrimiz ortaq dilə, adət-ənənələrə malik dost ölkələrdir”.
Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan münasibətlərinin əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini vurğulayan qonaq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması, ölkənin suverenliyi, siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsi diqqətdə saxlanılır, həmçinin beynəlxalq nüfuzu gücləndirilir.
Bununla da konfransın ilk plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

