/ / Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə müəssisənin yaradılması üçün memorandum imzalayıblar
Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə müəssisənin yaradılması üçün memorandum imzalayıblar
29.05.2024 [12:32]
Rumıniyanın elektrik şəbəkəsi operatoru “Transelectrica” beynəlxalq tərəfdaşları olan Azərbaycanın enerji operatoru “AzərEnerji”, Gürcüstanın Dövlət Elektrik Sistemi və Macarıstanın MVM şirkəti ilə mərkəzi Rumıniyada yerləşən "yaşıl enerji"yə dair birgə müəssisənin yaradılması istiqamətində Anlaşma Memorandumu imzalayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, “Transelectrica” müəssisənin əsas məqsədinin 4 ölkənin hökumətləri tərəfindən qəbul edilən "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi olduğunu açıqlayıb.
"Yaşıl Enerji Dəhlizi" Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən Avropa Komissiyasının dəstəyi ilə qəbul edilən layihədir.
“Bu layihə regional enerji potensialını gücləndirəcək və Avropa İttifaqının enerji keçidi hədəflərinə uyğun şəkildə bərpa olunan mənbələrdən elektrik enerjisini rəqabətqabiliyyətli qiymətlərlə təmin edəcək”, - "Transelectrica" bildirib.
Layihənin məqsədi Avropa-Qafqaz bölgəsində "təmiz enerji" istehsalı və mübadiləsini qiymətləndirmək, bu cür mübadilələri asanlaşdırmaq üçün lazımi infrastrukturun yaradılmasıdır.
Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib.
Qara dəniz sualtı kabel layihəsinin Texniki İqtisadi Əsaslandırmasını (TİƏ) “CESI” məsləhətçi şirkəti tərəfindən hazırlanacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

