Vaşinqtonda 8-ci Trans-Xəzər Forumu keçirilib
22.05.2024 [11:09]
ABŞ-ın paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən 8-ci Trans-Xəzər Forumu keçirilib.
AZƏRTAC-ın məlumatına görə, Orta Dəhlizin inkişaf etdirilməsi məsələsinə həsr olunmuş forumda ABŞ rəsmiləri, səfirlər, diplomatlar, biznes nümayəndələri, akademiklər və ekspertlər iştirak ediblər.
Xəzər Siyasət Mərkəzinin Prezidenti Əfqan Nifti qonaqları salamlayaraq bildirib ki, forum regionun potensialının ABŞ-dakı biznes nümayəndələrinə, dövlət rəsmilərinə və ictimaiyyətə çatdırmaq üçün vacib platformadır. O, Mərkəzi Asiya ölkələri və Türkiyənin forumda aktiv iştirakından məmnunluğunu ifadə edib. Əfqan Nifti Azərbaycanın Orta Dəhlizdəki rolunu qeyd edərək, həmçinin Zəngəzur dəhlizinin açılması ilə birlikdə Orta Dəhlizin potensialının daha da genişlənəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ və Aİ ölkələrində də Orta Dəhlizə ciddi maraq var.
Açılış nitqi ilə çıxış edən ABŞ Ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ABŞ hökuməti və Ticarət Departamentinin Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anladığını bildirib. Onun sözlərinə görə, son 2 il ərzində ABŞ-ın Xəzər regionu ilə ticarət dövriyyəsi idxal-ixrac hər biri 20 milyard dollar olmaqla 40 milyard dollar təşkil edib. Ticarət departamentinin rəsmisi əlavə edib ki, təmsil etdiyi qurum həmişə olduğu kimi Xəzər regionu boyunca ticarət əlaqələrinin genişləndirilməsi işinə sadiqdir və bu istiqamətdə birgə işləməyə davam edəcək.
Daha sonra çıxış edən ABŞ Dövlət Departamentinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini Con Mark Pommerşeym ABŞ hökumətinin Xəzər regionu ilə bağlı siyasətinin ümumilikdə Mərkəzi Asiya ilə bağlı siyasətinin əsas elementlərindən olduğunu deyib.
Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin sədri Riçard Hoqlandın sədrliyi ilə əsas çıxışlar keçirilib.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycanın Orta Dəhlizlə bağlı çoxtərəfli, üçtərəfli və ikitərəfli formatda iş apardığını bildirib. Səfir qeyd edib ki, Orta dəhliz tarixi İpək yolunun bir hissəsidir.
“Biz Orta Dəhlizə tək məhsulların daşınması perspektivindən baxmamalıyıq. Azərbaycan Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi təklifi ilə çıxış edir. Bu təklif ABŞ və Aİ tərəfindən müsbət qarşılanır. Bu da təbii ki, Orta Dəhlizdir, lakin Xəzər dənizinin bərpa olunan enerji potensialı ilə bağlıdır. Bu dəhlizlə biz Xəzər dənizinin külək enerjisindən istifadə edərək elektriki Avropa ölkələrinə ixrac edə bilərik. Azərbaycan bu istiqamətdə artıq Gürcüstan, Rumıniya və Macarıstanla anlaşma memorandumu imzalayıb”, - deyə Xəzər İbrahim əlavə edib.
Özbəkistanın ABŞ-dakı səfiri Bakıt Amanbayev çıxışı zamanı ölkəsinin Avropaya çıxışına imkan yaratdığı üçün Azərbaycana təşəkkür edib. Həmçinin Qırğızıstan, Qazaxıstan və Ermənistanın ABŞ-dakı təmsilçiləri Orta Dəhlizin, regionda kommunikasiya xətlərinin açılmasının ölkələri üçün əhəmiyyətindən danışıblar və görülən işlər barədə məlumat veriblər.
“İnkişaf təsirlərinin maksimallaşdırılması: Prioritetləşdirmə və Koordinasiya” mövzusunda panel müzakirələri zamanı USAID Avropa və Avrasiya bürosunun nümayəndəsi Erin Makki, Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıq üzrə baş direktoru Henrik Hololeyi, ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişaf Proqramının nümayəndəsi Tamar Satteruayt, Dünya Bankının aparıcı infrastruktur mütəxəssisi və proqram lideri Vinni Vanq Avropa Komissiyasının, Dünya Bankının Orta Dəhlizə dəstəyindən, investisiya təşəbbüslərindən və investisiyaların səmərəli şəkildə istifadəsindən danışıblar.
“Orta Dəhliz boyu biznesi necə yaxşılaşdırmaq olar: Ekspertlər ehtiyacları və imkanları müzakirə edirlər” mövzusunda sonuncu panel müzakirələrində “BP Amerika”nın vitse-prezidenti Robert Şer, “Wondernet” İnvestisiya Qrupunun icraçı direktoru Mamuka Maryikneli, “Dechert” qlobal hüquq firmasının təmsilçisi Laura Brank və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı İstismar Xidmətinin müdiri Yevgeni Si Xəzər regionunda biznes qarşısında maneələri aradan qaldırmaq üçün hansı addımların atılması, Orta Dəhlizin beynəlxalq biznes üçün əhəmiyyəti barədə müzakirələr aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56

