“Hitlersayağı saç”ın tarixçəsi
22.05.2024 [10:57]
Alman nasistlərinin lideri Adolf Hitlerin saç stili ilə hamımız tanışıq. Sağdan sola daranmış saç düzümü Hitlerin zahiri simasının əsas elementi kimi yaddaşlarda qalıb. Burunun altındakı kvadrat formalı qısa bığ və yana daranmış saçlar nasist liderinin obrazını əks etdirir.
Məşhur hitlersayağı saç düzümünün - təraş edilmiş gicgahlar və başın arxa hissəsi, yana daranmış saç düzümünün tarixi adı “anderkat”dır (ing. - undercut). Lakin bu saç düzümü xalq arasında daha çox “Hitleryuqent”, yəni, “Hitler gəncliyi” adlanır. Bu barədə maraqlı faktlar var.
Xuliqanların tərzi - “anderkat”
“Hitler gəncliyi” kimi tanınan saç stili hələ 20-ci əsrin əvvəllərində meydana çıxmışdı. Bu saç formasını ucuz qiymətə xidmət göstərən bərbərlər də bacardığına görə “anderkat” kasıb təbəqə arasında geniş yayılmışdı. Demək olar, əksər kişilər gicgahdan tutmuş boyunun ardına qədər başın hər tərəfini daz qırxdırmaqla saçlarını səliqəyə saldırırdılar. Ən təcrübəsiz bərbər belə bu sadə saç stilinin öhdəsindən asanlıqla gələ bilirdi. Bu stilə saçların nazı ilə oynamaqla yox, sadəcə, qulaqlardan aşağını daz qırxdırmaqla nail olunurdu.
“Anderkat”ın müxtəlif formalarına təkcə kasıb təbəqə yox, küçələrdə müxtəlif dəstələr yaradan gənclər də müraciət edirdi. 1930-cu illərdə Avropada gicgahları və boynu daz qırxılmış, kəlləsinin ortasında yarıya ayrılmış uzun saçlı, tüvit paltolar geyinən Şotlandiya xuliqanlarını “Nedlər” adlandırırdılar. Onlar gödək palto, jiletli kostyumla bərabər, bir vaxtlar Bakı kəndlərində dəb olmuş “aerodrom” kepkalara bənzər kepka qoymağı da moda salmışdılar. “Hitler gəncliyi” saç düzümünə üstünlük verən başqa bir dəstə isə 19-cu əsrin sonlarında Mançesterin əsasən fəhlələr yaşayan bölgələrindən gələn oğlan və qızlardan ibarət “Skatler” adlı qruplar idi. Onlar metal burunlu, mis düyməli çəkmələr, zəncirli şalvarlar geyinir, qiyafələrində bər-bəzəkli ipək yaylıqlardan istifadə edirdilər.
Hitlersayağı saç forması 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Birminhemdən olan “Peaky Blinders” dəstəsinin üzvləri tərəfindən də qəbul edilmişdi.
1926-1945-ci illərdə faşist Almaniyasında fəaliyyət göstərən “Hitler gəncləri” hərbi dəstələrinin tərkibində olan cavanlar da saçlarını bu şəkildə kəsdirməyə başladılar.
Faşist dizaynı
Almaniyada faşizmi və fürerin siyasətini tərənnüm edən təbliğat plakatlarında başının dövrəsi qırxılmış, kəllənin ortasında isə yana daranmış teli olan, uzun şalvarlı sarışın gənclər təsvir edilirdi. Bu saç düzümü alman hərbçisinin sərt, nizam-intizamlı və təmkinli obrazını vurğulayırdı. Saçların bu şəkildə qırxılması Hitlerin sərt nizam-intizam kultuna sadiqliyin bariz təzahürü idi. Əlbəttə, deməyə ehtiyac yoxdur ki, alman faşistlərinin lideri özü də saçlarını bir vaxtlar küçə uşaqlarının dəbə mindirdiyi həmin formada düzəltdirirdi. Bu səbəbdən məlum saç düzümü alman hərbi qulluqçularının rəsmi “vizit kartı”na çevrilmişdi.
Hitlersayağı saç formasından danışarkən nəzərə almaq lazımdır ki, burada söhbət təkcə estetik görünüşdən getmir. Xüsusilə müharibə şəraitində gödək saç gigiyenik baxımdan əlverişli idi. Uzun saçdan fərqli olaraq “anderkat” xüsusi baxım, qulluq tələb eləmirdi. Almaniya müharibədə məğlub olandan sonra “anderkat” və “Hitler gəncliyi” saç formaları faşizmin rəmzi hesab edildiyinə görə qəti şəkildə yığışdırıldı. Lakin bu saç düzümünün tamamilə unudulduğunu da söyləmək olmaz.
“Hitlerin saçı” SSRİ-də necə peyda oldu?
Məşhur sovet yazıçısı, İkinci Dünya müharibəsi veteranı Viktor Astafyev “Sonuncu yay” adlı hekayəsində məktəb illərinə aid bir fotoşəkildən bəhs edir. Həmin fotodakı müəllimlərin və şagirdlərin “siyasi xəttə görə” saçlarını eynilə Hitlersayağı kəsdirdiyi təsvir edilir. Hekayənin mövzusu ötən əsrin 30-cu illərinə, yəni Hitlerin artıq Almaniyada hakimiyyətə gəldiyi zamana aid idi. Həmin dövrə aid materiallardan, əsərlərdən, filmlərdən məlum olur ki, kişilər arasında “altdan kəsilmiş” saç düzümü dəbi Hitler hakimiyyətinə dəstək olaraq meydana gəlibmiş.
Ən maraqlı məqam ondan ibarətdir ki, Hitlersayağı saç stilinin müxtəlif formaları SSRİ-yə də gəlib çıxmışdı. Təbii ki, Sovet İttifaqında da ara-sıra rast gəlinən “anderkat” saç forması tamamilə Hitlersayağı stil deyildi. Məsələn, 1950-ci illərdə Kanada xokkey komandasının oyunçularının saç düzümü “kanadka”, Britaniya xuliqanlarının saç düzümü isə “britanka” adlansa da, həmin saç stilləri “anderkat”ın başqa formasını xatırladırdı. Həmin dəblər 1970-ci illərə qədər davam etdi. Ancaq sovet vətəndaşları alman hərbçilərində olduğu kimi uzun müddət başlarının yanlarını və arxasını dazlatmırdılar. Sovet cəmiyyətində Hitlersayağı saç formasına pis baxıldığı üçün gənclər bu cür saç saxlamaqdan çəkinirdilər. Hətta o vaxtlar Rusiyada saçını hitlersayağı kəsdirən bir gənci küçədə döymüşdülər də. Buna görə də “Hitler gəncliyi” saç stili SSRİ-nin kişi əhalisi arasında geniş yayılmamışdı. Bütün bunlara baxmayaraq bəzi Qafqaz və Orta Asiya kişiləri arasında Hitlerin bığına bənzər bığ qoyanlar da vardı.
Bu gün bütün dünyada nasistlərin əməllərinə nifrət bəslənsə də, müasir cəmiyyətlərdə “Hitler gəncliyi” kimi tanınan saç düzümünə qarşı xüsusi mənfi münasibətə rast gəlinmir. Hitlerin bədnam adı ilə qoşa xatırlansa da, bu saç stili hələ də çağdaş dəblə ayaqlaşmaqdadır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxGündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00

