Toplumun formalaşmasında mühüm faktor...
17.05.2024 [10:55]
Ümumdünya İnformasiya Cəmiyyəti Günüdür
İnsan daima ətraf mühit ilə informasiya mübadiləsində olur. Ümumiyyətlə, cəmiyyətin inkişafında əsas faktorlardan biri informasiya mədəniyyətidir. Çünki informasiya cəmiyyətində yaşayan hər bir insanın informasiyaya böyük tələbatının olması bir faktdır. Hazırkı dövrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi hər bir ölkənin mühüm göstəricilərindən hesab olunur. İnformasiya cəmiyyətinin formalaşması isə mürəkkəb və çoxşaxəli bir prosesdir. Bu prosesin uğurla həyata keçirilməsi cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini necə dərk etməsindən və ondan necə istifadə etməsindən birbaşa asılı olub.
İnformasiya inqilabları...
Qeyd edək ki, bəşəriyyəti informasiya cəmiyyətinə gətirən yolun əsasında sivilizasiya tarixində baş verən informasiya inqilabı dayanır. Belə ki, 1-ci informasiya inqilabı hələ çox qədim zamanlarda insanlar arasında informasiya mübadiləsinin əsasını təşkil edən nitqin meydana gəlməsi və inkişafı ilə baş verdi. 2-ci informasiya inqilabı təxminən 5-6 min il bundan əvvəl yazının meydana gəlməsi ilə əlaqədardır. 3-cü informasiya inqilabı 15-ci əsrin sonuna təsadüf edir. Belə ki, 1947-ci ildə alman alimi Quttenberq kitab çapı texnologiyasını ixtira etməklə bu inqilabın əsasını qoydu. 4-cü informasiya inqilabının əsasını isə elektrik kəşfi nəticəsində telefon, teleqraf texnologiyasının meydana gəlməsi təşkil edir. Sonralar elmi-texniki tərəqqinin inkişafı nəticəsində isə radio və televiziya kəşf olundu. Beləliklə, bu inqilabın verdiyi imkanlar hesabına informasiya bolluğu yaranmağa başladı.
“Dayanıqlı İnkişaf üçün Rəqəmsal İnnovasiya”
Bununla da, zamanın tələbi ilə informasiya və texnologiya əsrində cəmiyyət də informasiyalaşdırılıb. Başqa sözlə desək, informasiya cəmiyyəti təşəkkül tapıb. Bu gün informasiya cəmiyyəti mahiyyət etibarı ilə qlobal xarakter alıb. Hətta bu cəmiyyətin şərəfinə yeni bir təqvim də təsis edilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2006-cı ildə 17 may tarixini “Ümumdünya İnformasiya Cəmiyyəti günü” elan edib.
Bu gün üçün hər il bir mövzu müəyyən edilir. 2024-cü il üçün seçilmiş mövzu “Dayanıqlı İnkişaf üçün Rəqəmsal İnnovasiya”dır.
Bu günün may ayının 17-də qeyd olunmasının tarixi səbəbləri var: məhz həmin gün 1865-ci ildə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması haqqında müqavilə imzalanıb. Belə bir İttifaqın yaradılmasının əsas məqsədi həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartları müəyyən etmək idi.
Azərbaycanda informasiya cəmiyyəti
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da 17 may Ümumdünya İnformasiya Cəmiyyəti günü kimi qeyd olunur. Qeyd edək ki, Azərbaycan BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirir. Ölkəmiz 1992-ci ildən bu təşkilatın üzvüdür. Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
İnformasiya təhlükəsizliyi...
İnformasiya təhlükəsizliyi kifayət qədər mürəkkəb və geniş anlayışdır, onun vahid, birmənalı elmi tərifi yoxdur. Hazırda informasiya təhlükəsizliyi problemləri həm vətəndaşlar, həm də təşkilatlar üçün aktualdır. İnformasiya təhlükəsizliyi dövlət idarəçiliyində də vacib prosesə çevrilir. Bu təhlükəsizliyin təmin edilməsi problemlərinə müasir baxışlar xeyli genişlənib və indi onun vacib aspektlərini texnoloji məsələlər deyil, daha çox idarəetmə, yəni menecment problemləri və müvafiq idarəetmə sisteminin keyfiyyəti məsələləri təşkil edir. Qloballaşma şəraitində təşkilatlar daha yaxşı rəqabət qabiliyyətini təmin etmək üçün informasiya təhlükəsizliyi infrastrukturunun bütün elementlərinin mərkəzləşdirilmiş idarə edilməsinə üstünlük verirlər. İnformasiya təhlükəsizliyinin idarə edilməsinə belə yanaşma idarəetmənin geniş yayılmaqda olan texnologiyası kimi e-dövlət üçün də təbii seçimdir.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

