Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” adlı yeni kitabı çapdan çıxdı
14.05.2024 [18:27]
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı yeni kitabı çapdan çıxıb.
Kitabda Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə diqqәt yetirilib.
Kitabla bağlı məlumat verən Vaqif Abdullayev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri İsrail olub: “1992-ci ilin aprelində diplomatik əlaqələr qurulsa da siyasi münasibətlər 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə, eləcə də müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirib, humanizm prinsiplərinə söykənərək İsrail dövləti və xalqına dərin hörmət və ehtiramını nümayiş etdirib.
Cənab Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verib, əlaqələrin strateji zirvəyə yüksəlməsinə təkan verən qətiyyətli siyasət yürütüb. Eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə yüksək hörmətin bariz ifadəsini görmək mümkündür”.
Professor kitabın ərsəyə gəlməsində mühüm rol oynayan tarixi hadisələrdən də bəhs edib: “Azərbaycanın İsraildə səfirliyinin açılması müəyyən geosiaysi səbəblərdən ləngisə də son 30 ildә iki ölkə arasında əlaqələr bütün istiqamətlərdə möhkәmlәnәrәk əsil dostluq zirvәsinә çatıb. 2023-cü il martın 29-da Təl-Əvivdə Azərbaycanın diplomatik korpusu fəaliyyətə başlayıb. Bu kitabın ərsəyə gəlməsində də bu mühüm tarixinin hadisə, eləcə də ötən ili mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri və imzalanan mühüm sazişlərdən meydana çıxan yeni reallıqarın böyük rolu oldu. Azәrbaycan-İsrail siyasi münasibәtlәrinə müxtəlif rakursdan elmi-politoloji təhlil və yanaşma əsasında müasir baxış ortaya qoyuldu.
Təəssüf ki, kitabın hazırlandığı bu il yarım ərzində İsrail və Fələstin Muxtariyyəti arasında baş verən münaqişə bölgədə sabitliyin pozulmasına səbəb oldu və hər birimiz bu münaqişənin tezliklə sülhlə başa çatmasını arzulayırıq”.
Qeyd edək ki,“Dostumuz, müttəfiqimiz” kitabının yaxın günlərdə təqdimat mərasimi keçiriləcək. “Azərbaycan-İsrail” Cəmiyyətinin təşəbbüskarlığı sayəsində kitab həm də ivrit dilində nəşr edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

