Danışmaq, susmaq və yazmaq...
23.04.2024 [11:15]
Bəzən insan susmaq və danışmaq arasında tərəddüd edir. Susmaq, yoxsa danışmağın daha yaxşı olduğuna heç cür qərar verə bilmir. Bəzən də elə olur ki, susmaq istəyirsən, amma kimsə sənə haqlı olduğunu bildirmək, acizliyini mühakimə etmək və qorxduğunu eyham etmək üçün səni dilə gətirir. Beləliklə, hər dəfə susmaq fikrində olanda nəsə səni danışmağa vadar edir.
Ona görə də susmağı bir qədər dözüm göstərməyə bənzədirsən, amma susmaq dözmək deyil, səbr etməkdir. Çünki dözüm yükdür və bir müddət sonra cisim bundan yorulur. Səbr isə özündə hikmət ehtiva edən bir sükunət olduğu üçün daha anlamlıdır.
Danışmaq isə özlüyündə bir sənətdir. Bu elə bir sənətdir ki, hər kəs bacarmır və bəzən danışmağı bacarmayanlar susmağı seçirlər. Lakin danışmağın da bir üslubu var, gərək söylədiklərimiz faydalı olsun, sözlərimiz yaxşı hissləri və düzgün fikirləri özündə əks etdirsin. Ən önəmlisi, söylənilənləri qarşı tərəf tam məğzi ilə anlasın.
Ona görə də insan onu başa düşməyənlərlə deyil, anlayanlarla danışmalıdır. Əslində, insan danışmağın dəyərini susmağa məcbur olanda daha yaxşı anlayır.
Susmağın anlamını isə harda, nəyi danışacağını biləndə dərk edir.
Belə bir məsəl var, susmalı olduğun halda danışmağın necə səhvdirsə, danışmağın lazım olanda susmağın da bir o qədər yanlışdır. Deməli, hər iki xüsusiyyətin öz yeri var, harda susub, harda danışacağına özün qərar verməlisən. Məsələn, Hz. Peyğəmbər (s) buyurur: “Haqsızlıq qarşısında susan lal şeytandır”. Yəni hər situasiyada susmaq da düzgün deyil, fikirlərini ifadə etməyinə ehtiyac varsa, insan bundan çəkinməməlidir.
Bir də yazmaq var... Hansı ki, susub çatdıra bilmədiklərini, deməyə səsinin yetmədiyi məqamları yazmaq...
Əksər insanlar özlərini yazmaqla deyil, danışmaqla daha yaxşı ifadə etdiklərini düşünürlər. Onların hamısının öz subyektiv səbəbləri var. Danışmağın daha rahat, daha sürətli, daha asan olduğu həqiqətinə inanırlar.
Bəzi insanlar da yazmaqla özlərini daha yaxşı ifadə etdiklərinə inanırlar. Onlar yazının daha güclü, daha dərin, daha qalıcı olduğunu düşünürlər.
Bu sualı uzun illər özümə vermişəm. Yazmaqla, yoxsa danışmaqla özümü daha yaxşı ifadə edirəm? Bir müddət sonra, mənim üçün bu sual dəyişdi: Mən yazanda, yoxsa danışanda daha xoşbəxtəm? Xeyli müddət buna cavab axtardım.
Ancaq getdikcə anlayırsan ki, yazmadan jurnalistika ilə məşğul olmaq mümkün deyil. Təkcə danışmaqla özünü ifadə etmək kifayət deyil. Nəticədə mən bu həqiqəti dərk etdim.
Məncə, danışmaq ağıl və beynin məhsuludur. Yazmaq isə qəlb və ruh işidir. Yazmaq həssaslıqla söz seçən, insanların duyğu aləminə daxil olan, onlara təsir edən cümlələr yaradan qəlblə ruhun birgə təlatümüdür.
Yazmaq həm də yaşadığımız hadisələrin mənfi təsirlərini üzərimizdən atmağa kömək edir. Bir sözlə, yaşanan travmaları yazı ilə ifadə etmək də psixoloji sağlamlığımıza müsbət təsir edir. Neqativ emosiyaları ortaya çıxaran bu xatirələr haqqında yazmaq, yazılarkən bu duyğuların yenidən formalaşmasına imkan verir.
Sadalanan bütün fikirlərdən daha qüvvətli olan bir məqamla yazıya sonluq vermək istərdim. Böyüklərimiz danışmağı gümüş, susmağı qızıl kimi səciyyələndirib. Ancaq unutmayaq ki, yazı Allahın bəndələri ilə ünsiyyət üçün seçdiyi dilidir. Ona görə də yazılan hər sözün müqəddəs olduğu barədə deyimlər var. Məgər, tanrı bizimlə müqəddəs kitablar vasitəsilə danışmırmı?!
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

