İsrail ordusunun nümayəndəsi: Raket və dronların əksəriyyəti zərərsizləşdirilib - YENİLƏNİB
14.04.2024 [09:30]
İran İsrailə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb.
AZƏRTAC xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Daniel Hagari brifinqdə bildirib. O qeyd edib ki, raket və dronların əksəriyyəti zərərsizləşdirilib.
Onun sözlərinə görə, hücum nəticəsində bir hərbi baza kiçik ziyan görüb.
Daniel Hagari onu da əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələri İran dronlarını və raketlərini zərərsizləşdirməkdə davam edir: “Bir daha təkrar etmək istəyirəm: biz danışarkən, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri ölkəmizə doğru gələn ballistik raketləri zərərsizləşdirir. Lakin biz hələ deyə bilmərik ki, hadisə (hücum – red.) başa çatıb”, - deyə o, brifinqdə bildirib.
xxx
İranın yüzdən çox pilotsuz təyyarəsi ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir ki, bu, İranın Dəməşqdəki diplomatik korpusuna hücuma cavabdır.
xxx
İran İsrailə ballistik raketlər atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da İsrailin pilotsuz təyyarə və raketlərlə atəşə tutulduğunu təsdiqləyib.
xxx
İsrail ordusu İrandan İsrailə istiqamətlənən bütün dronları izləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.
“Havadan müdafiə kompleksi ölkənin səmasını qorumaq missiyasını yerinə yetirən Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə eyni vaxtda yüksək hazırlıq vəziyyətindədir. İsrail ordusu bütün hədəfləri izləyir”, - deyə qeyd olunub.
İsrail ordusunun müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmadadır və ABŞ ilə sıx koordinasiya qurulub.
xxx
İran tərəfi İsrailə onlarla pilotsuz uçuş aparatı istiqamətləndirib.
AZƏRTAC “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ və İsrail kəşfiyyatından bildirilib.
Qeyd olunub ki, dronlar İsrailə bir neçə saata çatacaq.
xxx
İran İsrailə pilotsuz təyyarə ilə hücum edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “KAN” radiosu məlumat yayıb.
Hələlik hücumun təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, İsrail ordusu bu gün Hava Hücumundan Müdafiə Sistemlərinin aktiv hala gətirildiyini, bütün təhsil müəssisələrinin fəaliyyətinin isə müvəqqəti dayandırıldığını bildirmişdi.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

