Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

30.03.2022 [10:19]

30.03.2006

İtaliyanın ədliyyə naziri, senator Roberto Kastellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vyatautas Nauduzasın etimadnaməsini qəbul edib.

Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb.

Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

İnzibati vəzifə tutan dövlət qulluqçuların ixtisas dərəcəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli

363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

30.03.2007

“Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımının adından Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin və xanımının şərəfinə rəsmi qəbul təşkil olunub.

Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olub.

Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Prezident sarayında, dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinski birgə bəyannamə imzaladılar.

Prezident sarayında, Birgə bəyannamənin imzalanmasından sonra Azərbaycan və Polşa prezidentlərinin birgə mətbuat konfransı olub.

30.03.2008

Dövlət filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.

30.03.2009

Ş.H.Xanbabayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

N.M.Xudiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

30.03.2010

Dövlət bayrağı meydanına gələrək burada həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.

Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

V.M.Quliyevin Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

V.M.Quliyevin Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

H.Ə.Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

H.Ə.Həsənovun Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

30.03.2011

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub.

30.03.2012

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva ilə birgə görüşü olub.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin birgə mətbuat konfransı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin və xanımı Raisa Atambayevanın şərəfinə rəsmi ziyafət verilib.

30.03.2015

Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.

30.03.2016

Amerika Birləşmiş Ştatlarına səfərə gəlib.

30.03.2017

Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

30.03.2018

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbərini qəbul edib.

Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

30.03.2019

Avstriyaya işgüzar səfəri başa çatıb.

30.03.2020

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

30.03.2021

Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

C.Ə.Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

M.M.Pənahovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Sərəncam imzalayıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Paylaş:
Baxılıb: 648 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31