Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

06.03.2022 [09:30]

06.03.2006

Yaponiyaya rəsmi səfərə yola düşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

06.03.2007

Prezident sarayında Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salvador Kampos İkardonun etimadnaməsini qəbul edib.

Prezident sarayında Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahnarim Quinomlanın etimadnaməsini qəbul edib.

Prezident sarayında İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Benedikt Asgeyrssonun etimadnaməsini qəbul edib.

Prezident sarayında İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hans Qunner Adenin etimadnaməsini qəbul edib.

Prezident sarayında Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmayıl Əllavinin etimadnaməsini qəbul edib.

Prezident sarayında Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Yorgensenin etimadnaməsini qəbul edib.

Prezident sarayında Makedoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Melpomeni Kornetinin etimadnaməsini qəbul edib.

Prezident sarayında Türkiyənin Quru Qoşunları komandanı İlker Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında Fərman imzalayıb.

06.03.2008

Prezident sarayında Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serik Primbetovun etimadnaməsini qəbul edib.

Prezident sarayında Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavid Qureyşini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Prezident sarayında Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın etimadnaməsini qəbul edib.

Prezident sarayında “İnternational Crisis Group”un direktor müavini Nikolas Qrononu qəbul edib.

Gəncə şəhərinin, Xanlar və Samux rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”na və “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

«Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanına əlavə və dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 22 fevral tarixli 551-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına dəyişikliklər və əlavə edilməsi haqqında Fərman imzalayıb.

«Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə»nin və «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri»nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini təmin etmək məqsədi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına və Sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

06.03.2009

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Xayçjounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət Sərhəd Xidmətinin (DSX) “N” hərbi hissəsinin açılış mərasimində iştirak edib.

M.Ç.Cabbarovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

06.03.2012

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olub.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olub.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilib.

Ə.A.Hüseynovun 3-cü dərəcəli“Vətənə xidmətə görə”ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

06.03.2013

Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

06.03.2014

Serbiyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə Fərman imzalayıb.

“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında” 1999-cu il 4 iyun tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə” 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 906-IVQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

06.03.2015

Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüb.

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olub.

06.03.2016

Macarıstanın Baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.

Azərbaycan Prezidentinin və Macarıstanın Baş nazirinin geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev və Baş nazir Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Macarıstanın Baş naziri Viktor Orbanın və xanımı Aniko Levainin şərəfinə nahar verilib.

06.03.2017

Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib.

Böyük Britaniya xarici işlər nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

L.Y.Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

06.03.2018

Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli 504 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

06.03.2019

Türkiyə parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Avropa İttifaqının nümayəndə heyətini qəbul edib.

Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub.

Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

F.S.Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

06.03.2020

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

06.03.2021

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Paylaş:
Baxılıb: 819 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31