Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

25.02.2022 [12:28]

25.02.2004

Bakı İdman sarayında qadınlar arasında voleybol üzrə çempionlar liqasının dörddə bir final mərhələsinin ilk oyununda “Azərreyl” Türkiyənin “Əczaçıbaşı” komandası ilə görüşüb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva görüşə baxıblar.

A.N.Əsgərovun Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

25.02.2006

Azərbaycanın dövlət və hökumət rəsmilərinin, respublika ictimaiyyəti nümayəndələrinin iştirakı ilə paytaxtın Xətai rayonundakı “Vətən harayı” abidəsinin önündə Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş anma mərasimində iştirak edib.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb.

25.02.2008

Prezident sarayında ABŞ Dövlət Departamentinin Avrasiya Enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənnin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məşhur yazıçı Çingiz Aytmatovu qəbul edib.

Çingiz Aytmatovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

25.02.2009

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 758-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb.

25.02.2010

Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Fərman imzalayıb.

A.T.Rasi-zadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanına əlavələr edilməsi barədə Fərman imzalayıb.

2008-ci il oktyabrın 10-da Bişkek şəhərində imzalanmış “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi” vahid yubiley medalı haqqında Qərar”ın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

25.02.2011

Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında Fərman imzalayıb.

A.N.Alıyevin Füzuli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

N.M.Muxtarovun Füzuli rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

25.02.2013

Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib.

MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul edib.

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

R.Y.Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

M.M.Abbaszadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

25.02.2014

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlib.

Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak edib.

“Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak edib.

Sumqayıta səfəri çərçivəsində mis emalı zavodunun açılışında iştirak edib.

Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

A.A. Əli Zadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurası haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə” Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 2011-ci il 19 may tarixli Qərarının təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

25.02.2015

Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

A.T. Rasi-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

25.02.2016

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

25.02.2018

Amerika Yəhudi Komitəsinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

25.02.2019

Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

25.02.2020

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak edib.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. 

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib.

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

25.02.2021

Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib.

Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

"Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə Sərəncam imzalayıb.

Paylaş:
Baxılıb: 733 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31