Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

24.02.2022 [16:09]

24.02.2004

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Amerika üzrə baş nümayəndəsi xanım Beatris Mejvan Roqqonu qəbul edib.

Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının iclası olub.

24.02.2007

Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.

24.02.2008

Moskvada MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısının işində iştirak etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya qayıdıb.

24.02.2009

Bakının Nərimanov rayonunda, Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika hospitalının yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib.

Bakıda Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin açılış mərasimində iştirak edib.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb.

A.A.Əlizadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

24.02.2010

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

24.02.2011

ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

O.S.Sadıqzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

24.02.2012

Latviyanın xarici işlər nazirini qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

24.02.2013

İranın Milli Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

24.02.2014

İSESKO-nun baş direktorunu qəbul edib.

24.02.2015

Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mingəçevir şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Mingəçevirdəki “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb.

Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.

Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.

“Ağsaray” otelində tikinti işlərinin gedişi ilə tanış olub.

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1178-IVQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1179-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

24.02.2016

S.Q. İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

24.02.2017

Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

24.02.2018

Doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

24.02.2020

İ.A.Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

İ.M.Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

T.M.Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

S.G.İlyasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

A.T.Rasi-zadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanında və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 30 may tarixli 1212 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

24.02.2022

Moldova parlamentinin sədri ilə videoformatda görüşüb.

Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Paylaş:
Baxılıb: 759 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31