Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

10.02.2022 [14:21]

10.02.2004

Prezident sarayında İran İslam Respublikasının ölkəmizdəki səfiri Əhəd Qəzaini qəbul edib.

Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Hirkan Milli Parkı yaradılması haqqında Sərəncam imzalayıb.

10.02.2007

Parisdə, Fransa dövləti başçısının iqamətgahı Yelisey sarayında rəsmi qarşılanma mərasimi olub.

Paris yaxınlığındakı Rambuye sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Robert Koçaryanın ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü olub.

Parisin Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Jak Şirakın təkbətək görüşü olub.

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 237-IIIQD nömrəli qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin bir qrup əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

10.02.2009

Küveytə rəsmi səfərə yola düşüb.

İlham Əliyev onun üçün ayrılmış iqamətgahda –“Bəyan” sarayında Küveyt Ticarət və Sənaye Palatası idarə heyətinin sədri Əli Məhəmməd Sünayən əl-Ğənim ilə görüşüb.

 Küveyt Milli Məclisinin sədri Casim Məhəmməd əl-Xərafi ilə görüşüb.

Küveyt Dövlətinin Baş naziri şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah ilə görüşüb.

İlham Əliyevin və Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Bəyan” sarayında Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın adından İ.Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşüb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətini təkmilləşdirməsi tədbirləri haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb.

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına dəyişikliklər və əlavə edilməsi barədə Fərman imzalayıb.

10.02.2010

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkeli və Debona Qrexi qəbul edib.

Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Beylinin etimadnaməsini qəbul edib.

Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusun etimadnaməsini qəbul edib.

Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin etimadnaməsini qəbul edib.

2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamlarında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin bir qrup əməkdaşlarının “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Vəhdət Məmmədağa oğlu Sultan-zadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

Vəhdət Məmmədağa oğlu Sultan-zadənin Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 456) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu”na əlavə edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

10.02.2011

Respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlib.

Əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkı ilə tanış olub.

Gəncədə əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkı ilə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Bakı-Gürcüstan sərhədi avtomagistralının bir hissəsi olan Yevlax-Gəncə yolunda tikinti işlərinin gedişi ilə tanış olub.

Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.

Gəncədə “İmamzadə” dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olub.

Samux rayonunda olub.

Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Samuxda “NAA Agrotara” MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak edib.

Samux rayonunda 500 kilovoltluq “Samux” yardımçı stansiyasının açılışında iştirak edib.

10.02.2012

NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib.

Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

E.İ.Sultanovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

E.İ.Sultanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

A.K.Həsənovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 267-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 268-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

10.02.2014

“BТБ” Bankının prezidenti Andrey Kostini qəbul edib.

“Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 870-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 872-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 873-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 869-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 874-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 871-IVQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

10.02.2015

Rusiya Hökuməti sədrinin müavinini qəbul edib.

Qırğızıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib.

Qırğızıstanın müdafiə nazirini qəbul edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında Sərəncam imzalayıb.

B.H.Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

10.02.2016

Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

10.02.2017

Bakıdakı 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

V.D.Bayramovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncam imzalayıb.

10.02.2018

Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul edib.

10.02.2020

“Azərenerji” ASC-nin “Dübəndi” yarımstansiyasının açılışında iştirak edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib.

MDB-nin müşahidə missiyasının rəhbərini qəbul edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Paylaş:
Baxılıb: 762 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31