Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

07.02.2022 [13:59]

07.02.2005

Fransa Senatının üzvü Emeri de Monteskunu qəbul edib.

Türkiyənin Böyük Millət Məclisinin sədri Bülənt Arınçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

07.02.2006

V.F.Hacıyevin Samux rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

V.F.Hacıyevin Xanlar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

A.A.Rəhimovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

F.H.Ələkbərovun  Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Ə.T.Nağıyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının yaradılması haqqında Fərman imzalayıb.

07.02.2007

Gürcüstana işgüzar səfərə yola düşüb.

Gürcüstan parlamentinin binasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi olub.

Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin görüşü olub.

Gürcüstan paytaxtının mərkəzində Heydər Əliyev adına prospektin təntənəli açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili mərasimdə iştirak ediblər.

İ.Əliyev və M.Saakaşvili Tbilisinin Vaja Pşavela prospektində tikilən Mərkəzi universitet klinikası (keçmiş Respublika xəstəxanası) ilə tanış olublar.

İ.Əliyev və M.Saakaşvili Tbilisi metropoliteninin təmir-bərpa işləri aparılmış “Azadlıq meydanı” stansiyası ilə tanış olublar.

M.Saakaşvilinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə işgüzar nahar verilib.

Gürcüstan Parlamentinin binasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşü olub.

“Kortyard Mariott” mehmanxanasında Gürcüstan Prezidenti Mixail Saakaşvilinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın şərəfinə nahar verilib.

“Tbilisi-Mariott” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb.

“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına və Sərəncamına dəyişikliklər və əlavələr edilməsi barədə Fərman imzalayıb.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı (2004-2008-ci illər)”nda və bəzi Sərəncamlarında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Səhiyyə Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 49 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 763) qüvvədən düşmüş hesab edilməsi barədə Fərman imzalayıb.

2006-cı il avqustun 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və İordaniya Haşimiyyə Krallığı hökumətləri arasında ikitərəfli əməkdaşlığa dair Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında 2006-cı il oktyabrın 4-də Riqa şəhərində imzalanmış sənədlər haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2006-cı il oktyabrın 17-də Minsk şəhərində imzalanmış aşağıdakı sənədlər haqqında Sərəncam imzalayıb.

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

07.02.2008

Prezident sarayında Almaniyanın “Commerzbank”ının sədr vəzifəsini icra edən Martin Blessinqi qəbul edib.

“Müharibə Veteranlarının İctimai Komitəsi” Beynəlxalq İctimai Birliklər İttifaqının Bakıda keçirilən III qurultayının iştirakçılarını qəbul edib.

"Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökümətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb.

A.Ə.Məmmədovun Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

07.02.2011

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edib.

Fransa Senatının nümayəndə heyətini qəbul edib.

Lütfi Zadənin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

07.02.2012

Çinin Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib.

İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib.

Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

07.02.2013

İlham Əliyev və Mehriban Əliyeva “Baku” jurnalına müsahibə veriblər.

Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə Sərəncam imzalayıb.

Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 539-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 541-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 540-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 492-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 518-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

07.02.2014

Soçidə Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb.

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Soçidə təşkil olunan rəsmi qəbulda iştirak edib.

07.02.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün Münxendə görüşü olub.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə Münxendə görüşü olub.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirak edib.

07.02.2017

Ç.S.Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.

Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

07.02.2018

ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

R.F.İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

07.02.2019

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.

Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzalayıb.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1466-VQD nömrəli Qanununun tətbiqi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“ADA” Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli 216 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli və “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 24 may tarixli 1418 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

07.02.2020

Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Paylaş:
Baxılıb: 731 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31