Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

27.01.2022 [13:37]

27.01.2004

Zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçi qəbul edib.

Prezident sarayında İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Sərhəd Qoşunlarının komandanı, general-mayor Behnam Şəriətifərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fransaya rəsmi səfərini başa çatdıraraq, Tuluza şəhərindən vətənə yola düşüb.

Hava limanından birbaşa dünyada məşhur olan “Airbus” təyyarə zavoduna gəlib.

Fransaya rəsmi səfəri çərçivəsində Fransa Beynəlxalq Əlaqələr İnstitutunda görüş keçirib.

Parisdə, onun üçün ayrılmış iqamətgahda Fransanın “LCİ” özəl informasiya televiziya kanalına müsahibə verib.

Fransa Senatında görüşdən sonra Senatın sədri Kristian Ponsölenin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət təşkil olunub.

Rəsmi qarşılanma mərasimindən sonra “Petit Lüxsemburq” sarayında Fransa Senatının rəhbərləri ilə görüşü keçirilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası binasının əsaslı bərpadan sonra təntənəli açılış mərasimində iştirak edib.

27.01.2005

Prezident sarayında ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernard Fassiyeri qəbul edib.

27.01.2006

Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərində yol hərəkəti və nəqliyyat sisteminin vəziyyətinə, inkişaf perspektivlərinə həsr olunmuş müşavirə keçirilib.

27.01.2009

Macarıstan paytaxtında Nabukko layihəsinə dair enerji sammitində çıxış edib.

Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Andris Piebalqs ilə görüşüb.

Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın dövlət başçısı Laslo Şoyomun görüşü olub.

27.01.2010

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olub.

Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə yola düşüb.

İsveçrədə işgüzar səfəri zamanı Davosda “Bloomberg” informasiya agentliyinin xüsusi müxbiri Yuri Hamberə müsahibə vermişdir.

Davosda “The Wall Street Journal”ın müxbirlərinə müsahibə verib.

Davosda “Chevron” korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşüb.

Davosda “Edisson” şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşüb.

Davosda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord ilə görüşüb.

Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman ilə görüşüb.

A.Ə.Əliyevə “Azərbaycan Respublikasının əməkdər hüquqşünası” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

N.X.Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

R.E.Məmmədovun Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Sərəncam imzalayıb.

R.E.Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

V.A.Heydərova “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

27.01.2011

İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi Reyin görüşü olub.

Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə nahar mərasimində iştirak edib.

Davosda TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşüb.

bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşüb.

Davosda “Microsoft” Korporasiyasının vitse-prezidenti və “Microsoft İnternational” şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşüb.

Davosda Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşüb.

27.01.2012

Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb.

Polşa Respublikasının Prezidenti Bronislav Komorovski ilə görüşü olub.

27.01.2015

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib.

M.A.Ağayevin Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Y.Q.Məmmədovun Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

M.H.Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Y.Q.Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

M.A.Ağayevin Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

M.H.Məmmədovun Göyçay rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

27.01.2016

Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib.

V.İ.Sadıqovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

E.H.Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

İ.Y.Muxtarovun Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

E.C.Qəhrəmanovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

T.A.Rzayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 54-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 55-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

27.01.2017

Ukraynanın sosial siyasət nazirini qəbul edib.

Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

27.01.2020

Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib.

Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

27.01.2021

Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

27.01.2022

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər .

Paylaş:
Baxılıb: 789 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31