Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Prezident bu gün / Prezident bu gün: səfərlər, qəbullar, sənədlər

Prezident bu gün: səfərlər, qəbullar, sənədlər

02.12.2021 [10:12]

02.12.2003

Prezident İlham Əliyevin Sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Narkotiklərə nəzarət üzrə regional əməkdaşlığa dair Anlaşma Memorandumunun üzv tərəflərinin beşinci görüşünün iştirakçılarına məktub ünvanlayıb.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi;

“Dövlət qulluğunda fərqlənməyə görə” medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Qanun imzalayıb.

02.12.2004

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, ?alq şairi Məmməd İnfil oğlu İbrahimovla (Məmməd Arazı) vidalaşma mərasimində iştirak edib.

Türkiyənin TRT telekanalının “Sərhədlərarası” proqramının aparıcısı və prodüsseri xanım Banu Avara müsahibə verib.

İraqın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayılın;

Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anatoli Yurçenkonun;

Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tadahiro Abenin etimadnaməsini qəbul edib.

Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə başsağlığı məktubu ünvanlayıb.

02.12.2005

Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak və çıxış edib.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

02.12.2006

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Sərəncam;

“Həmkarlar ittifaqları haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə Qanun imzalayıb.

02.12.2008

Avropa Şurasının Baş katibi Terri Devisi;

Tatarıstan Respublikası Dövlət Şurasının sədri Farid Muxametşini qəbul edib.

Bakıda keçirilən Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransda iştirak edib.

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında əsasnamə”yə əlavə edilməsi;

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Fərmanla təsdiq edilmiş “xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əlavə edilməsi barədə Fərman imzalayıb.

02.12.2011

Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Drajen Hrastiçin;

İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonun etimadnaməsini qəbul edib.

Rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar Mühəndis” fəxri adının verilməsi;

Təltif edilməsi haqqında Sərəncam imzalayıb.

02.12.2013

Bakı Sərgi Mərkəzində keçirilən “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılış mərasimində iştirak edib.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olub.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII Sessiyasının;

“BakuTel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

02.12.2014

Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini;

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu;

Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

02.12.2015

Bakı Ekspo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

“BakuTel - 2015” 21-сi Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini;

Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Argentina Respublikasının yeni seçilmiş Prezidenti Maurisio Makriyə təbrik məktubu ünvanlayıb.

02.12.2016

“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

Zərdab rayonuna səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olub.

02.12.2019

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu;

CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında;

D.B.Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

02.12.2020

Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Paylaş:
Baxılıb: 685 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31