“Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək oldu
19.02.2026 [11:57]
Sərfəli mobil operator “Nar” “Qaranlıqdan sonra…” adlı sosial təşəbbüsə dəstək göstərib. Layihə Azərbaycan Uşaqları İctimai Birliyi tərəfindən sığınacaqda yaşayan uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, özlərinə inamlarının artırılması və cəmiyyətə inteqrasiyasının təşviqi məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində uşaqların istifadə olunmuş materiallardan hazırladıqları əl işlərindən ibarət sərgi təqdim edilib. Yararsız hesab olunan sap və digər materiallara ikinci həyat verilməsi həm ekoloji yanaşmanı, həm də uşaqların yaradıcı baxışını əks etdirib. Proqramın davamında Azərbaycan filmlərindən seçilmiş səhnələr musiqi və rəqs elementləri ilə səhnələşdirilərək təqdim olunub. Bu format iştirakçıların səhnə mədəniyyətinin, komanda işi və özünüifadə bacarıqlarının inkişafına şərait yaradıb. Tədbirin sonunda Arzu Əliyevanın iştirakı ilə Birliyin “Özgə uşağı olmur” himni səsləndirilib. Tədbirdən əldə olunan vəsait sığınacaqda yaşayan qızların təhsil ehtiyaclarına yönəldiləcək.
“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uşaqların təhlükəsiz mühitdə inkişafını, təhsilə çıxış imkanlarının genişləndirilməsini və həssas sosial qrupların cəmiyyətə inteqrasiyasını prioritet istiqamətlərdən biri hesab edir. Şirkət bu kimi təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı təşviq etməklə yanaşı, gələcəyin sağlam və özünəinamlı nəslinin formalaşmasına töhfə verməyi hədəfləyir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

