Naxçıvan şəhərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində kişi qəflətən ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, E.Şahbazov ürək tutması nəticəsində dünyasını dəyişib.