DİN: Ötən gün qeydə alınan 83 cinayətin açılması təmin olunub

DİN: Ötən gün qeydə alınan 83 cinayətin açılması təmin olunub

Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 20 fakt müəyyən olunub. Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyənləşdirilib.

Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 30 tüfəng, 17 patron darağı və 580 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.