/ / TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib
TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib
25.06.2025 [16:07]
TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə rəqəmsal savadlılığın əsaslarını öyrətməkdir. Həmçinin, cəmiyyətin rəqəmsal rifahını davamlı şəkildə dəstəkləmək çərçivəsində TikTok bütün istifadəçilər üçün istirahət etməyə və yuxuya hazırlaşmağa kömək edən meditasiya fasilələrini istifadəyə verib.
Qısa videolar üçün aparıcı platforma olan TikTok, Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini əsas prioritet kimi görür və yaradıcı fəaliyyət üçün dost mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən son innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə peşəkar mütəxəssislərin əməyindən istifadə edir. Xüsusilə, platformada 24/7 rejimində aparılan moderasiya prosesi İcma Qaydalarını pozan videoməzmunu silir.
Onlayn təhlükəsizlik barədə maarifləndirici videolar
Platforma təkcə təhlükəli məzmunu proaktiv şəkildə silməklə kifayətlənmir, həm də istifadəçilər üçün risklərin qarşısını almağa çalışır və bu məqsədlə öz istifadəçilərinin maarifləndirilməsinə investisiya yatırır. TikTok Azərbaycanda rəqəmsal savadlılığın və təhlükəsiz məzmunun yaradılmasının əsaslarını təşviq etmək üçün ilk təşəbbüsünü - məşhur məzmun yaradıcılarından Azərbaycan dilində #ÖncəTəhlükəsizlik adlı maarifləndirici videolar silsiləsini təqdim edir. Bu videolar istifadəçilərə platformada davranış qaydalarını və faydalı alətləri xatırlatmağı hədəfləyir:
- @donmazhussein potensial olaraq İcma Qaydalarını poza biləcək məzmunlar barədə necə şikayət etmək lazım olduğunu izah edib.
- @qarajda platformada nifrət və ayrı-seçkilik təzahürlərinə qəti qadağa qoyulduğunu vurğulayıb.
- @rusmaster.rusdili istifadəçiləri ayıq-sayıq olmağa və dələduzların tələlərinə düşməməyə çağırıb.
- @dailybaku valideynlərə yeniyetmələrin təhlükəsizlik parametrlərini idarə etməsinə imkan verən “Ailə Parametrləri” funksiyasını xatırladıb.
- @myvan_life TikTok-un yalnız 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulduğunu qeyd edib.
- @rufan_amiraslanov platformada təhlükəli hərəkətlərin nümayişinə icazə verilmədiyini bildirib.
- @haciseferov isə internetdə rast gəlinən məlumatların yalnız etibarlı mənbələrdən yoxlanılmalı və təsdiqlənməmiş informasiyaların yayılmamalı olduğunu vurğulayıb.
Canlı yayım qaydaları haqqında vebinar
Bundan əlavə, ötən il TikTok həm streamer, həm də canlı yayım izləyiciləri üçün daha pozitiv və təhlükəsiz təcrübə təmin etmək məqsədilə canlı yayımların monetizasiyası üzrə yeni qaydalar təqdim edib. Bu qaydalara əsasən, bəzi hallarda kontenti aşağı keyfiyyətli və ya kontenti real olmayan istifadəçilər TikTok LIVE zamanı qazanc əldə edə bilməzlər. #ÖncəTəhlükəsizlik layihəsi çərçivəsində TikTok LIVE istifadəçiləri üçün platformanın İcma Qaydaları və canlı yayımın monetizasiya qaydaları barədə məlumat veriləcək xüsusi vebinar təşkil ediləcək. Maarifləndirici canlı yayıma 2 iyul, saat 17:00-da @tiktoklive_eecca hesabında qoşulmaq mümkün olacaq. Xatırladaq ki, TikTok platforması canlı yayım aparan istifadəçilərə öz sahələri üzrə ən ciddi tələblərdən birini qoyur: canlı yayıma başlamaq üçün istifadəçinin yaşı minimum 18 olmalı və hesab kriteriyalara uyğun olmalıdır.
Meditasiya fasilələri: tətbiqdən uzaqlaşmaq üçün yeni funksiya
TikTok istifadəçilərin təhlükəsizliyi və rəqəmsal rifahı üçün alətləri daim təkmilləşdirir. Yaxın zamanda platforma yeniyetmə istifadəçilər üçün yeni bir funksiyanı – “meditasiya fasilələri”ni təqdim edib. Bu funksiya onları gecə saatlarında tətbiqdən fasilə verməyə təşviq edir. Testlərin nəticələrinə görə, yeniyetmələrin 98%-i bu funksiyanı aktiv saxlayaraq, tətbiqdən yuxularına mane olmayacaq şəkildə istifadə etməyi seçib. Araşdırmalar göstərir ki, meditasiya bütün yaş qruplarında yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Bu səbəbdən TikTok meditasiya fasilələrini bütün istifadəçilər üçün əlçatan edib. 18 yaşdan kiçiklər üçün bu funksiya avtomatik aktiv olacaq: əgər onlar saat 22:00-dan sonra tətbiqdən istifadə etsələr, onların tövsiyə lentində meditasiya məşqi təklif edən xüsusi video görünəcək. Böyüklər isə bu funksiyanı ekran vaxtı parametrlərində özləri tənzimləyə bilərlər.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45

