Türkiyədə 10-cu “TEKNOFEST” festivalına start verilib
02.10.2024 [14:47]
Oktyabrın 2-də Adana şəhərində Türkiyənin ən böyük aviasiya, astronavtika və texnologiya festivalı “TEKNOFEST-2024”ə start verilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə Türkiyə Texnologiya Komandası Vəqfi (T3) tərəfindən hər il təşkil olunan bu tədbir onuncu dəfədir ki, keçirilir.
2022-ci ilin may ayında Azərbaycan qardaş Türkiyə ilə dostluq və strateji müttəfiqliyə sadiqliyini bir daha nümayiş etdirərək “TEKNOFEST” festivalına ev sahibliyi edən ilk xarici ölkə oldu.
2018-ci ildə ilk “TEKNOFEST” festivalının proqramına 20 min gənc Türkiyə vətəndaşının iştirakı ilə 14 yarış daxil idisə, bu il ümumi iştirakçı sayı 1 milyon 650 min nəfər olan 790 min komanda 50 yarış kateqoriyasında qələbə uğrunda mübarizə aparır.
Ötən il Adanada keçirilən festivalla müqayisədə hazırda 11 yeni kateqoriya üzrə yarışlar təşkil olunub.
Festivalın təşkilatçıları Türkiyədə gələcək peşəkar kadrların formalaşmasının mühüm stimulu olan gənc nəslin elm və texnologiyaya marağının artırılmasına maksimum töhfə verməyə hazır olduqlarını bəyan ediblər.
Aparıcı dövlət müəssisələri, texnologiya nəhəngləri və universitetlər də daxil olmaqla, 128 müxtəlif təşkilat və şirkət Şakirpaşa Hava Limanında ən son inkişaf nümunələrini nümayiş etdirir.
Festivalın tarixində ilk dəfə olaraq, dördgünlük tədbirlərin proqramına kvant texnologiyaları üzrə müsabiqələr daxil edilib. Pilotsuz uçuş aparatlarının ən yaxşı operatorlarını müəyyənləşdirmək üçün müsabiqələr də nəzərdə tutulub.
Ümumi sahəsi 270 min kvadratmetr olan festival ərazisində çoxsaylı sərgilər, konsertlər və aviaşoular təşkil edilir.
Festival çərçivəsində Antalyada keçirilən müsabiqələrin ilkin mərhələsinin qalibləri üçün 25 texnoloji nominasiya üzrə mükafatlar da nəzərdə tutulub.
Maraqlananlar “zaman tunelinə” və “rəqəmsal kainat zonasına” baş çəkə və uçuş simulyatorunun idarəetmə sükanı arxasında əyləşə bilərlər.
“Türk Ulduzları” və “SOLOTÜRK” pilotaj qrupları ilə yanaşı, Adana sakinləri və festivalın qonaqları “Akıncı”, “Aksunqur”, “Anka” və “Bayraktar TB2” PUA-ların, eləcə də yerli “Hürkuş” təyyarələrinin uçuşlarına şahidlik edəcəklər. “Atak” hücum helikopterinin pilotları da bacarıqlarını nümayiş etdirəcəklər.
İştirakçılar “Bayraktar-TB3” və “ANKA III”” PUA-larının ilk uçuşlarının şahidi olacaqlar.
Adana sakinləri və qonaqlar üçün yerli pilotsuz hərbi təyyarə “Kızılelma” və Türkiyənin “Gökbey” helikopteri də nümayiş etdirilir.
Gözlənildiyi kimi, oktyabrın 4-də Prezident Rəcəb Tayyib Ərdoğan Adanada “TEKNOFEST-2024” festivalının keçirildiyi ərazini ziyarət edəcək.
Keçən il Türkiyənin 3 ən böyük şəhərində - İstanbul, Ankara və İzmirdə növbə ilə təşkil edilən festivala ümumilikdə 4,5 milyon insan qatılıb. Hazırkı tədbirin təşkilatçıları yeni rekord göstərici qeydə alınacağını proqnozlaşdırırlar.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

