31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir
27.03.2024 [15:08]
Məlum olduğu kimi, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirdilər, diri-diri yandırdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da bu soyqırımın qurbanı oldular
Qeyd edək ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu ÖndərHeydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu ÖndərHeydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdığı hərbi cinayətlərin nəticəsi olaraq minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsasını qoyduğu uğurlu siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir. Cənab Prezidentin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilərək 2013-cü il sentyabrın 18-də açılmışdır.
Xüsusilə qeyd etmək lazmdır ki, 31 mart soyqırımı bəşəriyyət tarixində bir faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. İkinci Qarabağ-Vətən Müharibəsində Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin tapşırığını yerinə yetirən müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları xalqımıza qarşı törədilmiş vəhşiliklərin, soyqırımların qisasını aldı.
Ən əsası, bu hadisələr qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcək, Azərbaycan tarixində əbədi qalacaqdır.
Mübariz Qocayev,
YAP Göygöl rayon təşkilatı üzrə Dozular kənd ərazi partiya təşkilatının sədr müavini, partiya veteranı
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

