Azərbaycan məglub ölkəyə ugurlu sülh modeli təklif edir
19.03.2024 [11:19]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana etdiyi səfər ölkəmiz suverenliyini bərpa etdikdən sonra Şimali Atlantika Müqaviləsi Təşkilatının rəhbərinin ölkəmizə ilk səfəri idi. Bu mənada ölkəmizin rəhbəri ilə görüşdə və görüşdən sonra bəyanatlarda səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bir sıra münaqişə ocaqlarında - Kosovo, İraq və Əfqanıstanda sülhün bərqərar olmasında NATO ilə yüksəksəviyyəli əməkdaşlıq edir. Bu mənada son dövrdə ordumuzun müasir dövrün tələblərinə uyğun olaraq qurulmasında NATO ilə əməkdaşlığın da əhəmiyyəti böyükdür. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 30 ildən artıq davam edən Azərbaycan-NATO tərəfdaşlığının yüksək qiymətləndirib. Azərbaycan İraqda, Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Birgə bəyanatda xüsusi olaraq bəyan edilmişdir ki, 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. “Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Bu, bizim üçün böyük təcrübə olub”. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi. 30 ilin əziyyəti, həsrəti, əzabları xalqımızı sındırmadı və xalqımız irəliyə doğru baxdı. Prezident haqlı olaraq deyir ki, uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. “İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik”. İkinci Qarabağ müharibəsindən sonra regionda davamlı təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsi təklif edən İlham Əliyev bütün müsahibələrində, çıxışlarında bir daha göstərir ki, mövqeyində heç bir dəyişiklik yoxdur. Bu, hər zaman olduğu kimi Azərbaycan Prezidentinin sözünün imzası qədər keçərli olduğunun, dilə gətirdiyi istənilən fikrə sadiqliyinin əyani təzahürüdür. Müharibənin qalib tərəfi olmasına rəğmən, Azərbaycan məğlub ölkəyə qurtuluş yolu, hər iki tərəfi qane edəcək sülh modeli təklif edir. Elə bunun nəticəsidir ki, prezident xüsusi olaraq qeyd edir: “Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”. Qarabağ bölgəsi Azərbaycanın tarixi, hüquqi torpağıdır. Azərbaycan İrəvana düşdüyü quyudan çıxmaq üçün öz yardım əlini hər zaman uzadır. İkitərəfli danışıqlarla sülh sazişini imzalamaq, qarşılıqlı münasibətləri inkişaf etdirmək, logistika sistemlərini açmaq və s. Müzakirə masasında nə ABŞ, nə Fransa olacaq, nə də Rusiya. Sadəcə iki tərəf - Azərbaycan və Ermənistan. Beynəlxalq təcrübə də göstərir ki, uzunmüddətli münaqişələrdə üçüncü tərəfin vasitəçiliyi ilə əldə edilən razılaşmalar hər zaman kövrək və etibarsız olur. Əksinə, iki münaqişə tərəfinin öz aralarında əldə etdiyi razılaşma daha yaxşı effekt verir. Rəsmi İrəvan reallığı nə qədər tez dərk edərsə, onun üçün bir o qədər yaxşı olar. Artıq dərk etməlidirlər ki, Ermənistanın təhlükəsizliyi nə Moskva, nə Brüssel, nə Paris, nə də Vaşinqtondadır, bunun üçün tərəflər bir-biri ilə anlaşmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

