Həyata keçirilən islahatlar ölkəmizin nüfuzunu daha da artırıb
11.03.2024 [12:58]
Məlum olduğu kimi, 2018-ci ildən etibarən ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar daha çevik xarakter aldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sahədə inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib.
Azərbaycanda həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. İlk növbədə, burada məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil edilməsindən ibarət olub.
Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir.Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır.
Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirməkdir. Artıq həmin zamandan dörd il ötür. Demokratik şəraitdə keçirilən azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açmış oldu.Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi və həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxışında olduqca vacib məsələlərə toxunaraq öz tövsiyələrini vermişdir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis olduğundan siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər: "Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz."
Dövlətimizin başçısı ölkədə gedən islahatların dərinləşməsi ilə əlaqədar parlamentdə də belə proseslərin başlamasını qanunauyğun sayıb və hesab edib ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.
Ölkə xaricində anti-Azərbaycan qüvvələrinin yaradılması istəyi də ölkəmizə qarşı məqsədli surətdə düşünülmüş düşmən siyasətinin tərkib hissəsidir. Yeni beşinci kolonun yaradılması istiqamətində aparılan iş də bu qəbildəndir. Azərbaycana qarşı ikli standartlar hələ də davam edir, ölkəmizə qarşı heç bir əsası olmayan iddialar səsləndirilir. Dövlətimizin başçısı ona görə də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməsini vacib sayıb və deyib ki, o təşkilatlarda ki, ölkəmizə qarşı qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir.
Prezident İlham Əliyev deputatların seçildikləri dairələrdə fəal olmalarını və seçicilərlə daim təmasda olmalarını vacib sayıb və xüsusi vurğulayıb ki, yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur. Hökumət və parlament üzvləri xalqla nə qədər sıx təmasda olsalar, bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.
Dövlət başçısının dəyərli tövsiyələri, göstərilən etimad böyük məsuliyyət hissini artırmış oldu. Qanunvericilik sahəsində deputatlar qarşısında böyük vəzifələrin durduğunu diqqətə çatdıran cənab Prezident daha çox keyfiyyətə fikir verilməsini tövsiyə etmişdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqi gələcəyə hədəflənmişdir və bu gün ötən dövr ərizində ölkəmizin qazandığı nailiyyətlər deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də dünyada və regionumuzda baş verən proseslər ölkəmizin nüfuzunu daha da artırıb.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

