Pirallahı rayonunda 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi
07.03.2024 [15:08]
07 Mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil, mədəniyyət və səhiyyə müəssisələrinin qadın əməkdaşlarının, Qeyri-Hökümət Təşkilatlarının rəhbərlərinin, şəhid ailələrinin və ictimai fəal qadınların iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Daha sonra dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olundu.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov xanımları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edərək qeyd etdi ki, son 20 ildə dövlət idarəçiliyində gender amilinə diqqət artırılıb, qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində böyük irəliləyişlər əldə edilib. Tarixə ekskurs edən natiq vurğuladı ki. xalqımızın genetik yaddaşında qadına hörmət və xüsusi münasibət əsrlər boyu mühüm yer tutub və təsadüfü deyil ki, ölkəmiz ötən əsrin əvvəllərində qadınlara səsvermə hüququ verən ilk dövlətlərdəndir. Emil Abasov öz çıxışında bildirdi ki, bu bayramı qeyd etməyə həm də bir şəhid anası olan Azərbaycan qadınının yüksək mənəvi haqqı var. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında vacib rol oynayan bir varlıqdır və yüksək fəallıq göstərir. Belə nüfuza malik olan Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətini daha da gücləndirəcək, dövlət müstəqilliyimizin möhkəmlənməsində fəallığını artıracaq.
RİH başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək xanımları bayram münasibətilə təbrik etdi. V.Səfixanov vurğuladı ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir. Ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisadi, mədəni, mənəvi sahələrdə qadınlar fəal iştirak edirlər.
Yekun olaraq rayon ərazisində fəaliyyət göstərən 168 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevda Alxasova çıxış edərək qadınlara göstərilən diqqət və qayğı üçün minnətdarlığını ifadə etdi.
Sonda xanımlara qiymətli hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirildi.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

