YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq
04.03.2024 [12:00]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi inkişaf yolunun bələdçisi olmaqla yanaşı, bu tərəqqiyə davamlı töhfələri ilə diqqətdədir. Yarandığı gündən “Güclü dövlət, yüksək rifah” partiyanın fəaliyyətinin əsas prinsipini təşkil edir. Bu illər ərzində irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları, müəyyənləşdirdi və uğurla icra etdiyi hədəfləri ilə Azərbaycanın dayanıqlı inkişafına, insanların rifah halının daha da yaxşılaşdırılmasına, ölkəmizin demokratik inkişafına mühüm töhfələr verən YAP ümumxalq partiyası kimi nüfuzunu günbəgün artırır.
Partiyanın VII qurultayından ötən üç ilin uğurları belə bir əminliyi ifadə etməyə əsas verir ki, YAP hər bir hədəfə doğru inamla irəliləyir. Cənab İlham Əliyev VII qurultaydakı çıxışında Prezidentlik dövrünün 17 ilini təhlil edərkən Azərbaycanın möhkəm təməl üzərində hər bir sahədə mühüm uğurlara imza atdığını əsaslı şəkildə diqqətə çatdıraraq bildirmişdir ki, ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq: “Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq. Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik.”
YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən partiyadır. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Dövlət başçısı, YAP Sədri İlham Əliyev VII qurultaydakı proqram xarakterli çıxışında bildirmişdir ki, həyat dəyişir, zəmanə dəyişir. Biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində tətbiq etməliyik: “Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.” Bu mühüm çağırış da xüsusi qeyd edilmişdir ki, hər dövrün öz tələbləri var. 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament, baza, imkan yaratdı ki, əsas məqsədimizə çataq: “Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.”
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan hər zaman dövrün tələblərini yüksək səviyyədə cavablandırır. Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığdan sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində elə möhkəm təməl formalaşdırıb ki, Azərbaycan daim zirvələrə doğru addımlayır. Bu, eyni zamanda, Azərbaycanın yeniliyə böyük önəm verməsindən irəli gəlir. Yeni Azərbaycan Partiyası da ölkədə baş verən islahatlar prosesinin bütün sahələrdə öz əksini tapması üçün səylər göstərir. Bu, özünü partiyanın qəbul etdiyi qərarlarda, irəli sürdüyü təşəbbüslərdə aydın şəkildə nümayiş etdirir. Partiyanın qurultaylarında qəbul olunan qərarlar həm öz fəaliyyətində, həm də ölkəmizin həyatında müsbət dəyişikliklərə yol açır. Bu baxımdan cənab İlham Əliyevin partiyanın VII qurultayını ölkəmizin həyatında önəmli hadisə kimi dəyərləndirməsi özündə bir çox məqamları ehtiva etdi. Dövlət başçısı belə bir əminliyi də ifadə etmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Artıq bu gün tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından qürurla bəhs edirik. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb. Suverenliyimizin tam bərpa olunması ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə çağırış oldu. 7 fevral tarixində Zəfər seçkiləri keçirildi. Bu seçkilər, təbii ki, özəlliyi ilə diqqətdə oldu. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə etdi. Cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi bu seçkiləri daha yaddaqalan etdi. Cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının uğurudur. Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə monolit, dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur.
Xəbər lenti
Hamısına baxMüsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10

