Biz birləşəndə qüdrətli və yenilməz oluruq!
21.02.2024 [12:41]
Dünyadakı bütün azərbaycanlıların Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin həmişəyaşar ideyaları əbədi məşəl kimi dövlətimizi və xalqımızı qaranlıqlardan çıxarar nurlu sabahlara, xoşbəxt gələcəyə aparmaqdadır. Ulu Öndərin müdrik siyasətinin nəticəsidir ki, ötən illər ərzində xalqımız Ümummilli Liderimizin parlaq ideyaları ətrafında bir yumruq kimi birləşərək misilsiz uğurlara imza atır. 20 ildən artıqdır ki, Müstəqil Azərbaycanmıza Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Daim Azərbaycan xalqının iradəsini ifadə edən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları müstəqil Azərbaycanın prezidenti olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının sevimli Lideridir. Qalib Xalqın Qalib Lideri İlham Əliyev cənabları bu gün bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir.
2020-ci ildə ordu-xalq və lider-xalq həmrəyliyi ilə düşmən üzərində möhtəşəm Zəfərlə 30 illik işğala son qoyaraq adını tariximizin səhifələrinə qızıl hərflərlə əbədi yazdıran İlham Heydər oğlu Əliyevin Azərbaycana rəhbərlik dövrü şərəf və qürurla dolu bir şanlı salnamədir. Uğur, inkişaf, tərəqqi, yeni-yeni nailiyyətlər, qələbələr, hər bir vətəndaş üçün düşünülmüş sosial siyasət, iqtisadi layihələr, beynəlxalq nüfuz, dünya səviyyəli tədbirlərə ev sahibliyi, sabitlik, rifah və ən əsası “Böyük Qayıdış” kimi şanlı tariximizin növbəti uğuru, möhtəşəm qələbəmizlə nəticələnən Zəfər seçkiləri növbəti dəfə dünyaya səs saldı və Azərbaycanda lider-xalq sevgisinin ən bariz nümunəsini bir daha sübuta yetirdi. Bəli, əbəs yerə 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkilərini Zəfər seçkisi adlandırmırlar. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 il ölkəyə prezidentliyi dövründə xalqa verdiyi bütün vədlərə artıqlaması ilə əməl etdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Suverenliyimiz tam bərpa olundu. 2023-cü ilin sentyabr ayında biz növbəti elə bir Zəfərə nail olduq ki, bu, çox nadir bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar ikinci bir Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad olunması və suverenliymizin tam bərpası yeni bir dövrün başlanğıcı idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirildi. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər elə prezident seçkilərinin olması daha önəmli idi.Bu seçkilər həm də ölkəmizin tarixində əbədi olaraq qalacaq əlamətdar bir hadisə idi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Bu həm də mənfur qonşulara, onun himayədarlarına,eyni zamanda dünyaya bir mesaj idi.
Növbədənkənar seçkilərdə inamlı qələbə qazanan cənab İlham Əliyev cari ilin 14 fevral tarixində Milli Məclisdə əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm.”Möhtərəm Prezidentimiz əlini müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mədəni dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.” Prezident İlham Əliyev Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə apardığı “exit-poll”un nəticələrinə əsasən 93,9 faiz, Sosioloji Tədqiqatlar Mərkəzinin apardığı “exit-poll”un nəticələrinə əsasən 92,4 faiz, “Rəy” Monitorinq Mərkəzi apardığı “exit-poll”un nəticələrinə əsasən 92,6 faiz seçicinin səsini qazanmışdır. Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə ölkə prezidenti seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla, əzmlə getdi. Təbii ki,əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və özü də əsaslı şəkildə həll edirik.
Bəli, Azərbaycanda yeni dövr başlayir. Heç vaxt indiki qədər müstəqil və güclü olmayan dövlətimiz xoş gələcəyə doğru inamla, qətiyyətlə irəliləyir. Dünyanın qarışıq bir zamanında xalqımızın qarşısında mühüm vəzifələr durur.Bu vəzifələrin öhdəsindən gəlmək üçün hər birimiz Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Son illərin hadisələri bir daha sübut etdi ki, biz birləşəndə qüdrətli və yenilməz oluruq!
Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

